QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya sülhməramlıları Xankəndini təmizləməyə başladılar

© Sputnik / Maksim Blinov / Mediabanka keçidРаботы по разминированию местности в Карабахе
Работы по разминированию местности в Карабахе - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 260 hektar ərazi təmizlənib

BAKI, 23 dekabr — Sputnik. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Qarabağda 260 hektar ərazini minadan təmizləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 260 hektar ərazi, təxminən 100 kilometr yol, 434 yaşayış binası təmizlənib. Ümumilikdə 8,6 mindən çox partlayıcı maddə aşkarlanıb", – deyə məlumatda qeyd olunur.

Hazırda sülhməramlılar Xankəndinin şimal hissəsinin minadan təmizlənməsini həyata keçirirlər.

Xəbər lenti
0