Xankəndidə vəziyyət

Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1047-yə çatdı

30
(Yenilənib 12:44 22.12.2020)
Axtarış işləri Ağdərə, Hadrut və Füzuli istiqamətində aparılıb. Prosesin bu gün Şuşa, Füzuli, Ağdərə və Cəbrayıl yaxınlığında davam edəcək. Axtarışda hərbçilərlə yanaşı, ölən və itkin düşən erməni hərbçilərin yaxınları da iştirak edirlər.

BAKI, 22 dekabr — Sputnik. Qarabağda münaqişə zonasında axtarış işləri zamanı daha 8 erməni hərbçisinin meyitinin qalıqları aşkarlanıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Bununla da noyabrın 13-dən bəri döyüş bölgəsində 1047 erməni hərbçinin meyiti və meyitinin qalıqları aşkarlanıb.

Axtarış işləri Ağdərə, Hadrut və Füzuli istiqamətində aparılıb. Prosesin bu gün Şuşa, Füzuli, Ağdərə və Cəbrayıl yaxınlığında davam edəcək. Axtarışda hərbçilərlə yanaşı, ölən və itkin düşən erməni hərbçilərin yaxınları da iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

30
Xankəndi, arxiv şəkli.

Çavuşoğlu Qarabağ barədə: "İndi çox önəmli bir fürsət var"

13
(Yenilənib 22:33 18.01.2021)
Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik.

BAKI, 18 yanvar — Sputnik. "Çox təəssüflər, 30 il ərzində bir siyasi həll yolu olmadığı üçün Dağlıq Qarabağ mövzusunda hərbi həll yolu oldu. Hazırda bir atəşkəs var. Bu, önəmli fürsətdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Hayko Maasla keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu fürsəti əldən buraxmamaq lazımdır. Biz Türkiyə və Azərbaycan olaraq, əgər atəşkəs qalıcı olarsa, Ermənistan da buna inanarsa, Ermənistanla da münasibətlərimizi normallaşdırma mövzusunda addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. İndi çox önəmli bir fürsət var.

Bunun itirilməməsi önəmlidir. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır", - deyə Çavuşoğlu qeyd edib.

13

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

5
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

5
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0