Xocalıda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb

Xocalıda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb

17
(Yenilənib 11:49 22.12.2020)
Səhra hospitalında Xocalıda 360 ədəddən çox xüsusi texnika, texniki xidmət və təmir üçün məntəqə, texniki-nəzarət məntəqəsi, KAZS konteyner qaz stansiyası, zirehli maşınlar üçün anbar var.

BAKI, 22 dekabr — Sputnik. Qarabağda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

  • Xocalıda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb
    © Photo : RUSSIAN DEFENCE MINISTRY
  • Xocalıda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb
    © Photo : RUSSIAN DEFENCE MINISTRY
  • Xocalıda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb
    © Photo : RUSSIAN DEFENCE MINISTRY
1 / 3
© Photo : RUSSIAN DEFENCE MINISTRY
Xocalıda Rusiya sülhməramlıları üçün səhra avtoparkı yaradılıb

Məlumata əsasən, səhra hospitalında Xocalıda 360 ədəddən çox xüsusi texnika, texniki xidmət və təmir üçün məntəqə, texniki-nəzarət məntəqəsi, KAZS konteyner qaz stansiyası, zirehli maşınlar üçün anbar var.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Üçtərəfli bəyanat, Xocalı, sülhməramlılar

Azərbaycanlının arzusu Ağdama qayıtmaq orada Qarabağ atlarını yetişdirməkdir

21
(Yenilənib 16:17 21.01.2021)
Şəmsəddin Atayevin kəndi işğal olunanda nəsli kəsilməsin deyə Qarabağ atlarını Bakıya gətirib. Ətraflı videomuzda izləyin.

Əslən Kəlbəcərdən olan Şəmsəddin Ağdamda doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb. Onun atası da 1948-ci ildən Qarabağ cinsindən atları yetişdirib. Şəmsəddin Atayevin sözlərinə görə, onların at ilxısı Ağdamın Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kənd işğal olunandan sonra həmin Qarabağ atlarını Bakıya gətirib və Cıdır meydanında saxlamağa başlayıb.

Hazırda burada 8 baş Qarabağ atı var. Onlara qulluq göstərənlər də Şəmsəddin Atayevin qardaşı, eləcə də özünün və qardaşının övladlarıdır. Təsərrüfat sahibi deyir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Bu atlar rənginin dəyişməməsi, sahibinə sadiqliyi və bir sıra xüsusiyyətlərinə görə də digər cinslərdən fərqlənir.

Şəmsəddin Atayevin niyyəti Eyvazxanbəyli kəndinə qayıtmaq və orada kürən Qarabağ atlarını yetişdirməkdir.

"Nəsil olaraq bizim peşəmiz budur. Tezliklə Ağdama qayıdacağıq və bu işlə məşğul olacağıq. Qarabağ atlarını Qarabağda yetişdirəcəyik tezliklə", - atların sahibi Şəmsəddin Atayev deyib.

Atayevlərin "Köhlən" adlı komandaları da var ki, bu komanda ilə yarışlarda uğur da qazanıblar.

21
Vüqar Muradov, arxiv şəkli

Tanınmış müğənni Şuşa fatehinə mahnı həsr edib - VİDEO

982
(Yenilənib 22:00 20.01.2021)
Müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur. Sözügedən mahnı baş leytenant Asəf Ağayev başda olmaqla, bütün şəhidlərimizə həsr olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.

Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

982
Teqlər:
şəhid, Şuşa, mahnı, Vüqar Muradov

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya