CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana can yandıran ilk Qərb ölkəsi: Qarabağı da birgə yaşadacağıq

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГорный пейзаж в населенном пункте Кельбаджар в Нагорном Карабахе, фото из архива
Горный пейзаж в населенном пункте Кельбаджар в Нагорном Карабахе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İllərdir davamlı olaraq inkişaf edən iqtisadi münasibətlərin ardınca bu tərəfdaşlıq həm də çox sıx siyasi mahiyyət kəsb edərək Roma ilə Bakı arasında artan strateji əməkdaşlıq halını aldı

BAKI, 22 dekabr — Sputnik. İtaliyanın "İnside Over", "Kmetro", "Agenzia Nova", "Giornale Diplomatico", "Notizie Geopolitiche", "Sardegnagol", "Politicamente Corretto" kimi kütləvi informasiya vasitələrinin dərc etdiyi yazılarda Dağlıq Qarabağ müharibəsinin bitməsi və bölgədə vəziyyətin normallaşması ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük bərpa və yenidənqurma işlərininin həyata keçirilməsi kimi vacib mərhələnin başlandığı bildirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Вид на город Лачин, Азербайджан, фото из архива - Sputnik Azərbaycan
İşğaldan azad olunmuş əraziləri kim bərpa edəcək - əcnəbilər

Məlumatlarda qeyd olunur ki, Azərbaycan həmin bərpa və yenidənqurma işlərini beynəlxalq tərəfdaşları ilə birgə həyata keçirməyi planlaşdırır və ötən həftələrdə İtaliyanın atdığı addımlar rəsmi Romanın bu layihələrdə iştirakda maraqlı olduğunu göstərir. Habelə bildirilir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra İtaliya Bakıya əvvəlcə bütün əsas siyasi partiyaların təmsilçilərindən ibarət parlament nümayəndə heyətini, sonra isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun rəhbərliyi ilə hökumət nümayəndə heyətini göndərən ilk Qərb ölkəsi oldu.

Məlumatlarda vurğulanır ki, İtaliyanın məsələyə belə münasibəti Ermənistanın işğalından azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlayan Azərbaycanın bu sahədə məhz italyan şirkətləri ilə müqavilələr imzalamasına rəvac verdi və bu xüsusda, ilk razılaşma kimi 18 dekabr tarixində videokonfrans formatında Azərenerji və Ansaldo Energia arasında işğaldan azad olunmuş Ağdam, Kəlbəcər, Qubadlı və Füzuli rayonlarında dörd yarımstansiyanın qurulması ilə bağlı müqavilə imzalandı və bundan irəli gələrək yaxın həftələrdə Ansaldo Energia şirkəti Bakıda ofisini açacaq.

İtaliyanın müxtəlif mətbuat orqanları müvafiq məlumatlarında bu mövzu ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də fikirlərinə yer veriblər. "Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri vaxtı iki ölkənin hökumət başçıları tərəfindən imzalanmış Birgə Bəyanatdan irəli gələrək biz ölkələrimiz arasında çoxtərəfli strateji tərəfdaşlığı gücləndiririk. Azərenerji və Ansaldo Energia arasında müqavilə dekabrın əvvəllərində Azərbaycana İtaliyadan iki önəmli səfərlərin, ilk öncə bütün siyasi qüvvələrin təmsçilçilərindən ibarət parlament nümayəndə heyətinin, ardınca isə İtaliya XİN-in dövlət katibi, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası iqtisadi komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərliyi ilə hökumət nümayəndə heyətinin səfərlərinin konkret nəticəsidir", - deyə M.Əhmədzadə bildirib. Diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti müharibənin bitməsindən sonra Aİ ölkələri arasında ilk olaraq məhz İtaliyadan Azərbaycana nümayəndə heyətlərinin səfərə gəlməsini təqdir etdi, İtaliyanın Azərbaycanın yaxın dostu olduğunu dedi və İtaliya nümayəndə heyətlərinin səfərlərini iki ölkə arasında güclü dostluğun təcəssümü kimi xarakterizə etdi, habelə dövlət başçımız İtaliya nümayəndə heyətlərini qəbul edərkən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma planları və bu layihələrdə italyan şirkətlərinin iştirakı imkanları barədə danışdı.

İtaliyalı cərrahın böyük jesti: “Azərbaycan əsgərlərini pulsuz əməliyyat etməyə hazıram”  - Sputnik Azərbaycan
VİDEO
İtaliyalı cərrahın böyük jesti: “Azərbaycan əsgərlərini pulsuz əməliyyat etməyə hazıram”

Məlumatlarda, eləcə də 18 dekabr tarixində Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası iqtisadi komissiyanın həmsədrləri Azərbaycan energetika naziri Pərviz Şahbazov və İtaliya XİN-in dövlət katibi Manlio Di Stefano arasında videokonfrans formatında keçirilmiş görüş barədə də məlumat verilir və həmin görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğunun vurğulandığı da qeyd olunur.

Yazılarda Azərbaycan-İtaliya strateji tərəfdaşlığını xarakterizə edən məqamlara da toxunularaq bildirilir: "Son dövrlərdə Azərbaycan İtaliyanın Qafqaz siyasətinin mərkəzinə çevrilib: illərdir davamlı olaraq inkişaf edən iqtisadi münasibətlərin ardınca bu tərəfdaşlıq həm də çox sıx siyasi mahiyyət kəsb edərək Roma ilə Bakı arasında artan strateji əməkdaşlıq halını aldı. TAP qaz kəməri ilə yanaşı, SOCAR-ın enerji fəaliyyəti və Azərbaycana italyan mallarının idxalı ilə ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 6 milyard avro təşkil edib, geosiyasi cəhətdən isə bu, əlbəttə ki İtaliyaya Türkiyə ilə razılaşma əldə etmək üçün bir məkan qazandırıb".

Yazılarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://it.insideover.com/economia/gli-affari-italiani-nei-territori-ritornati-sotto-il-controllo-azero.html

https://kmetro0.it/2020/12/18/azerbaigian-italia-firmato-accordo-in-campo-energetico/

https://www.giornalediplomatico.it/italia-azerbaigian-firmato-accordo-in-campo-energetico.htm

https://www.sardegnagol.eu/2020/12/18/accordo-in-campo-energetico-tra-azerbaigian-e-italia/

https://www.politicamentecorretto.com/2020/12/18/accordo-in-campo-energetico-tra-azerbaigian-e-italia/

https://www.agenzianova.com/a/5fdd0ed604a510.53057666/3241534/2020-12-18/energia-accordo-tra-azerenerji-e-ansaldo-energia-per-4-sottostazioni-in-nagorno-karabakh

https://www.agenzianova.com/a/5fdffbb371fce6.39896749/3241535/2020-12-18/energia-accordo-tra-azerenerji-e-ansaldo-energia-per-4-sottostazioni-in-nagorno-karabakh-2

https://www.notiziegeopolitiche.net/nagorno-karabakh-comincia-la-ricostruzione-accordo-tra-ansaldo-energia-e-azerenerji/

Xəbər lenti
0