Orucov Elvinin şəkilləri

Bütün ömrünün arzusu uğrunda: dostları qisasını Şuşada aldılar - FOTO

46
(Yenilənib 18:51 20.12.2020)
“Deyirdi, Füzulidə yaşayıram, buralara öyrəşmişəm, buranı da azad etmək uğrunda döyüşəcəyəm” - şəhid bacısı

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Şəhidlərimiz baş tacımız, tarix yazan igidlərimizdir. Onlar Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixə həkk etdilər. Belə şəhidlərimizdən biri də tankçı gizir Elvin Orucovdur.

29 yaşlı gizir Elvin Orucov Qazax rayonunda doğulub. O, həqiqi hərbi xidməti bitirdikdən sonra hərbçi olmağa qərar verib. On ilə yaxın idi ki, tankçı olaraq Azərbaycan Ordusunda xidmət göstərirdi. Hələ aprel döyüşlərində tankı ilə düşmənin canına vəlvələ salaraq döyüşlərdə fərqlənib. İkinci Qarabağ müharibəsində də elə qəhrəmanlıq göstərdiyi tankının içərisində şəhadətə yüksəlib.

© Sputnik / Ilham Mustafa
Orucov Elvinin məzarı

Şəhidin anası Səidə Orucova Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Elvinin həmişə işğal altında qalan torpaqların azad edilməsi arzusunda olduğunu deyir. Döyüşlər başlayan gün isə anası ilə telefonla danışanda bu istəyinə çatdığını söyləyib: “Sentyabrın 27-si zəng elədi. Dedi, məndən narahat olmayın. Neçə ildir arzuladığım məqam yetişib. Bu onunla son danışığımız oldu. Müharibənin ilk günündə düşmənin cəbhə xəttini öz tankı ilə yararkən şəhid olub.

Torpaqlar alındıqca ürəyimə su səpilirdi. Deyirdim, heyf ki, oğlum bu günü görmədi. Şuşa alınanda hamımız ağladıq sevincimizdən. Küçəyə qaçdıq. Sevinən insanlara qoşulduq. Həmin gün qəbrini ziyarətə gedəndə dedim, oğul, qanın yerdə qalmadı. Dostların, qardaşların sənin qisasını aldılar".
  • Orucov Elvinin uşaqlıq şəkilləri
    © Sputnik / Ilham Mustafa
  • Səidə Orucova
    © Sputnik / Ilham Mustafa
  • Səbinə Orucova
    © Sputnik / Ilham Mustafa
  • Orucov Elvinin qızı
    © Sputnik / Ilham Mustafa
  • Orucov Elvinin oğlu
    © Sputnik / Ilham Mustafa
  • Orucov Elvinin məzarı
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Orucov Elvinin uşaqlıq şəkilləri

Şəhidin bacısı Səbinə Orucova qardaşının qanını yerdə qoymayan, qisasını alaraq Vətən torpaqlarını düşmən tapdağından azad edən və onun üzərində zəfər qazanan Ordumuza təşəkkürünü bildirib. Qardaşı ilə bərabər onun həyat yoldaşı da Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

“Qardaşım Vətənə bağlı idi. Bacısı olaraq mən onunla həmişə fəxr eləmişəm. İndi də fəxr edirəm. Axırıncı dəfə onunla danışanda mənə dedi ki, "Bacı, ürəyini buz kimi saxla, hər şey ola bilər. Füzili rayonunda xidmət edirdi. Elə arzusu da Füzulini azad görmək idi. Deyirdi, burada yaşayıram, buralara öyrəşmişəm, buranı da azad etmək uğrunda döyüşəcəyəm”, - şəhidin bacısı bildirib.

© Sputnik / Ilham Mustafa
Orucov Elvinin oğlu

Ailəli olan Elvinin indi iki övladı - 5 yaşlı oğlu və 5 aylıq qızı böyüyür. Anası ilə söhbətlərində həmişə övladlarını ali təhsilli görmək istədiyini deyib. Şəhid Elvin Orucov Qazax Şəhidlər xiyabanında dəfn edilib.

46
Teqlər:
gizir, xatirə, Qarabağ, qəhrəman, tank, Şuşa, Füzuli, Qazax, şəhid
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

25
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

25

Ağdam rayonunun Şelli kəndi - VİDEO

6
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

6
Teqlər:
video, kənd, Ağdam
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

22
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

22
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət