CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günədək döyüş bölgəsindən nəşi çıxarılan şəhidlərimizin sayı açıqlandı

© Sputnik / Rahim MuradovŞəhid mayor Anar Novruzovun dəfn mərasimi
Şəhid mayor Anar Novruzovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Azad edilmiş vətəndaşlarımız hazırda dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə edilməklə müayinə və müalicə olunur, sağlamlıqlarını bərpa edirlər"

BAKI, 17 dekabr — Sputnik. “Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.

Азербайджанские военнослужащие, фото из архива  - Sputnik Azərbaycan
MN Vətən müharibəsində şəhid olmuş hərbçilərlə bağlı yeni məlumat yayıb

O bildirib ki, bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir.

E. Səmədov qeyd edib ki, digər vacib vəzifə isə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsidir: “Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Azad edilmiş vətəndaşlarımız hazırda dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə edilməklə müayinə və müalicə olunur, sağlamlıqlarını bərpa edirlər”.

Xəbər lenti
0