QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO

© AP Photo / Thanassis StavrakisŞuşa, arxiv şəkli
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Şuşada hərbi xidmətdə olan əsgərlərimiz Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarını aşkarlayıblar. Hər iki qəbir erməni vandalları tərəfindən tanınmaz hala salınıb.

BAKI, 16 dekabr — Sputnik. Şuşada dəfn edilən iki ədibimizin məzarı tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda Şuşada hərbi xidmətdə olan əsgərlərimiz Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarını aşkarlayıblar.

Hər iki qəbir erməni vandalları tərəfindən tanınmaz hala salınıb.

Qeyd edək ki, Azərbaycan şairi Qasım bəy Zakir 1784-cü ildə Şuşada doğulub. 1857-ci ildə elə Şuşada da vəfat edib. Digər azərbaycanlı şair Mirzə Ələsgər Növrəs də 1836-cı ildə Şuşada anadan olub, 1912-ci ildə Şuşada vəfat edib.

Xəbər lenti
0