CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vitse-spiker: "Rusiya sülhməramlıları xəritə ilə bağlı nöqsanı aradan qaldırmalıdırlar"

© AP Photo / Sergei GritsРоссийские миротворцы в Карабахе, фото из архива
Российские миротворцы в Карабахе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. "Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən, Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta bəyanatın şərtlərinə Ermənistan tərəfindən riayət olunacağının tam təminatını verdi. Lakin Rusiya sülhməramlılarının bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başadüşülən deyil".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev özünün feysbuk hesabında yazıb.

Сотрудники Службы государственной безопасности Азербайджана, фото из архива  - Sputnik Azərbaycan
DTX Hadrutda anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb: 4 şəhid, 3 yaralı

Vitse-spiker vurğulayıb ki, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz: "Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli bəyanatın şərtlərinə birbaşa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırılmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı".

"Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə şanlı Zəfər paradında bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir. Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaqdır", - Adil Əliyev qeyd edib.

Xəbər lenti
0