ANAMA 100-dən çox minanı zərərsizləşdirib

18
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 7 dekabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 03-06 dekabr tarixlərində Agentliyə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

18
Teqlər:
Qubadlı, Ağdam, Tərtər, Füzuli, Cəbrayıl, partlamamış hərbi sursat, mina, ANAMA
Xankəndi, arxiv şəkli.

Çavuşoğlu Qarabağ barədə: "İndi çox önəmli bir fürsət var"

14
(Yenilənib 22:33 18.01.2021)
Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik.

BAKI, 18 yanvar — Sputnik. "Çox təəssüflər, 30 il ərzində bir siyasi həll yolu olmadığı üçün Dağlıq Qarabağ mövzusunda hərbi həll yolu oldu. Hazırda bir atəşkəs var. Bu, önəmli fürsətdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Hayko Maasla keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu fürsəti əldən buraxmamaq lazımdır. Biz Türkiyə və Azərbaycan olaraq, əgər atəşkəs qalıcı olarsa, Ermənistan da buna inanarsa, Ermənistanla da münasibətlərimizi normallaşdırma mövzusunda addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. İndi çox önəmli bir fürsət var.

Bunun itirilməməsi önəmlidir. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır", - deyə Çavuşoğlu qeyd edib.

14

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

5
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

5
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0