ATƏT avtomobilləri, arxiv şəkli

ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ üzrə yeni danışıqlar istəyirlər

33
(Yenilənib 19:28 03.12.2020)
Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır.

BAKI, 3 dekabr - Sputnik. ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT Nazirlər Şurasının iclası çərçivəsində birgə bəyanat yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin birinci müavini Stefen Biqan və Fransanın Avropa və Xarici İşlər naziri Jan İv le-Drien Azərbaycan Respublikası Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin 2020-ci il 9 noyabr tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılmasını alqışlayıblar.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 9-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.

Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenidən başlanmamasına zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayırlar. Ayrıca, bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa çağırır.

Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və meyitlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır.

Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar.

Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır.

Həmsədr ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir.

Həmsədr ölkələr, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının davamlı işinə güclü dəstək verdiklərini bir daha bəyan edirlər.

Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı və dayanıqlı sülh razılaşması üçün mövcud atəşkəsdən istifadə etməyə çağırır. Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri mübahisələri həll etmək üçün güc tətbiq edilməməsi və ya təhdid edilməməsinə dair götürdükləri qətiyyətli öhdəlikləri xatırladır. Bəyanat müəllifləri münaqişənin qalan bütün əsas substantiv məsələlərinin həm Ermənistan, həm də Azərbaycanın yaxşı bildiyi əsas prinsip və elementlərə uyğun olaraq danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həlli üçün ardıcıl və vahid mövqelərini bir daha vurğulayır. Həmsədr ölkələr bölgədə sülhü, sabitliyi və rifahı təşviq etmək üçün uzun illərdir, davam edən səylərinə uyğun olaraq bu hədəfi reallaşdırmağa sadiq qalır.

33
Teqlər:
danışıqlar, bəyanat, ATƏT-in Minsk Qrupu, Azərbaycan, Qarabağ

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

15
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

15

Ağdam rayonunun Şelli kəndi - VİDEO

6
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

6
Teqlər:
video, kənd, Ağdam
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

0
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

0