CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN fransalı deputatların Qarabağa səfər edəcəyi xəbərinə münasibət bildirdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Erməni KİV-ləri Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyini, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarını yazırlar. Bu səfərlə bağlı Xarici İşlər Nazirliyinin şərhini öyrənmək istərdik.

- Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

Xəbər lenti
0