BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.
O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib:
"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".
Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.
Füzuli rayonunun Gorazıllı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.
Bu kəndin tarixi XVIII-XIX əsrlərə gedib çıxır. Füzuli rayonunun Gorazıllı kəndi 1993-cü il iyulun 2-də işğal edilib. Kənd işğal edilən gün 21 nəfər dinc sakin girov götürülüb. Onlardan bir neçəsi girovluqda vəfat edib.
9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib.
Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir.
Kənd əhalisi əsasən üzümçülüklə məşğul olub. SSRİ dönəmində burada "Qafqaz" üzümçülük sovxozu fəaliyyət göstərib.
“Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli bildirib.
“Erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan edib, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam edib. Həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir”, – deyə o bildirib.
Əli Hüseynlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz