Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli

Makron da Dağlıq Qarabağ ətraf rayonların Azərbaycan ərazisi olduğunu etiraf etdi

281
(Yenilənib 23:15 22.11.2020)
Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır.

BAKI, 22 noyabr - Sputnik. Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, videogörüntünü Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber (Jérôme Lambert) öz Facebook səhifəsində paylaşıb. 

O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.

Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır.

"Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın", - deyə Makron qeyd edib.

Qeyd edək ki, Fransa dövlət başçısının bu etirafı ilk olaraq onun "Instagram"dakı səhifəsində paylaşılıb.

 

 

281
Teqlər:
Azərbaycan, Qarabağ, Fransa, Dağlıq Qarabağ, Fransa prezidenti Emmanuel Makron, Emmanuel Makron, Emmanuel Makron
Türkiyə hərbçiləri, arxiv şəkli

Qarabağda türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hansısa əngəl qalmayıb

87
(Yenilənib 17:57 02.03.2021)
Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tadığını bildirib: “Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Sputnik Azərbaycan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin önəmi ilə bağlı siyasi hərbi ekspert Elçin Axundzadənin fikirlərini öyrənib.

Ekspert bildirib ki, birgə Monitorinq Mərkəzinin yaradılması hərtərəfli olaraq Azərbaycanın xeyrinədir: “Bu, həm də digər dövlətlərə mesajdır ki, Azərbaycan tək deyil. Düzdür, de-fakto olaraq Türkiyə həmişə bizimlə idi. Bu Mərkəzin fəaliyyətə başlaması isə Türkiyənin Cənubi Qafqazdakı proseslərə de-yure qoşulmasını təsdiqləmiş oldu. Gələcəkdə zərurət olarsa, türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hər hansı əngəl qalmayıb. Digər tərəfdən bu Mərkəz ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edəcək. Mərkəzin nəzarət funksiyası dronlar vasitəsilə həyata keçiriləcək. Əgər bu dronlar erməni yaraqlılarını aşkar edərsə və ya üçtərəfli bəyannaməni zərbə altına alan hər hansı fakt aşkar olunarsa, müvafiq addımlar atılacaq”.

Elçin Axundzadə deyib ki, Mərkəzin fəaliyyətə başlaması həm də Ermənistana mesajdır. Onun sözlərinə görə, Ermənistan tərəfindən hər hansı təxribata yol verilərsə, rus və türk əsgərləri revanşist meyllərə qarşı aktiv müdaxilə edəcəklər: “Mövcud hüquqi baza da sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə addımların atılmasına imkan verir. Mərkəzin fəaliyyəti prezident İlham Əliyev tərəfindən irəli sürülmüş regional əməkdaşlıq platformasının qurulmasına imkan yaradacaq. Bu meqa iqtisadi layihənin gerçəkləşməsinin regional və iqtisadi önəmini qeyd etmək lazımdır. İşğaldan azad edilmiş Zəngilan ərazisinin iqtisadi mərkəzə çevrilməsi nəzərdə tutulur. Düzdür, hazırda Ermənistanda xaotik vəziyyət hökm sürsə də, bu ölkə də regional əməkdaşlığa dəvət edilib. Monitorinq Mərkəzinin fəaliyyəti bir neçə illiyə nəzərdə tutulub. Mövcud planlar göstərir ki, Mərkəz həm də bu əməkdaşlığın davamlılığını təmin etmək üçündür”.

Siyasi hərbi ekspert qeyd edib ki, Azərbaycan ərazisində rus sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərə prezident İlham Əliyev aydınlıq gətirdi:

“Sülhməramlıların fəaliyyəti Azərbaycan ərazisində başqa bir ölkənin hərbi bazasının qurulması demək deyil və onlar müvəqqəti fəaliyyət göstərəcəklər. Bildirməliyəm ki, hazırkı şəraitdə rus sülhməramlılarının burada olması və fəaliyyəti lazımlıdır. Məhz bu sülhməramlıların fəaliyyəti və nəzarəti altında ermənilər işğal altında saxladıqları üç rayonu boşaltdılar. Gələcəkdə azərbaycanlı köçkünlərin yurd-yuvalarına qayıtması prosesində təhlükəsizliyinin təmin edilməsi üçün də rus sülhməramlılarından istifadə ediləcək”.

“Azərbaycan bir çox maraqların toqquşduğu məkanda yerləşir. Qarşıdakı illərdə maraqlı proseslərin cərəyan edəcəyi gözlənilir. Bu baxımdan Prezident İlham Əliyev münaqişənin həll edilməsinə baxmayaraq Azərbaycanın ordu quruculuğunu davam etdiriləcəyini və yeni müasir silahlar əldə ediləcəyini bildirdi”, - deyə E.Axundzadə bildirib.

87
Teqlər:
əsgər, Azərbaycan, sülhməramlılar, Türkiyә, Qarabağ

Qarabağ xanı tərəfindən pay verilmiş qədim kəndin videogörüntüləri

11
29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Füzuli rayonu Hoğa kəndinin adı dəyişdirilərək Üçbulaq kəndi adlandırılıb.

BAKI, 2 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Üçbulaq kəndinin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Оsmanlı qaynağında bu kənd haqqında məlumat var.

XVIII yüzilliyin sonlarında kənd xəzinə mülkü olub. Qarabağ xanı İbrahimxəlil xan sоnra bu kəndi vəliəhdi Məhəmmədhəsən ağaya verib.

11
Həblər, arxiv şəkli

Məşhur həkim ağrıkəsici dərmanların ölümcül təsirini açıqladı

0
(Yenilənib 23:05 02.03.2021)
"Ümumiyyətlə, istənilən dərman insana ziyan vura bilər. Bir daha xatırlatmaq istəyirəm: dərmanla zəhər yalnız dozasına görə bir-birindən fərqlənir".

BAKI, 2 mart — Sputnik. Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov "O samom qlavnom" adlı proqramda qeyri-steroid iltihab əleyhinə ağrıkəsici preparatların ölümcül təsirindən danışıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, proqram YouTube-da yayımlanıb.

Həkimin sözlərinə görə, bu cür preparatlar, ilk növbədə, mədəyə kəskin ziyan vurur. Bundan başqa, qeyri-steroid iltihab əleyhinə ağrıkəsicilər qanaxmaya da səbəb ola bilər. 40 yaşlı pasiyentin əməliyyat otağına çatdırılana qədər yolda qanaxmadan öldüyünü yada salan Myasnikov bildirib ki, həmin şəxs hadisədən əvvəl yeddi ədəd ağrıkəsici həb qəbul edibmiş. Bu isə mədə xorasının kəskinləşməsinə və qanaxmaya səbəb olub.

Həkim onu da əlavə edib ki, qeyri-steroid iltihab əleyhinə ağrıkəsicilər infarkt və beyin iflici kimi ağır xəstəliklərə də gətirib çıxara bilər. "Odur ki yaşı 65-dən yuxarı olan və ürək çatışmazlığından əziyyət çəkən şəxslərə bu cür preparatların qəbulu qadağandır. Ümumiyyətlə, istənilən dərman insana ziyan vura bilər. Bir daha xatırlatmaq istəyirəm: dərmanla zəhər yalnız dozasına görə bir-birindən fərqlənir", – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, qeyri-steroid iltihab əleyhinə ağrıkəsici preparatlar ağrını azaldır, hərarəti aşağı salır və iltihaba qarşı təsir göstərir. Bu preparatlar arasında ən çox bilinən dərmanlar – "Aspirin", "İbuprofen" və "Diklofenak"dır.

 

0