QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vladimir Putin: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин
Президент России Владимир Путин - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. 

BAKI, 22 noyabr - Sputnik. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində Dağlıq Qarabağın ərazi mənsubiyyəti barədə sualı cavablandırarkən deyib.  

Putin Ermənistanın belə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb:

"Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olub və indi də tərkib hissəsidir".

"KTMT müqaviləsi bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım göstərməyi nəzərdə tutur. Heç kim Ermənistan Respublikası ərazisini zəbt etmədi və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermədi", - deyə Rusiya prezidenti bildirib.  

Putin, Moskvanın Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirdiyini əlavə edib.

"Sizi əmin edirəm ki, Ermənistan özünü tərk edilmiş, unudulmuş hiss etməyib. Və Rusiya bunun baş verməməsi üçün hər şeyi etdi", - deyə Rusiyanın dövlət başçısı bildirib.

Xəbər lenti
0