Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

Hikmət Hacıyev Ermənistanın vandalizmi ilə bağlı daha bir faktı açıqladı

47
(Yenilənib 15:11 22.11.2020)
Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Füzulidə Ermənistanın törətdiyi müharibə cinayətlərinin şahidi olublar.

BAKI, 22 noyabr - Sputnik. "Ermənistanın vandalizminin daha bir əlaməti. Füzulinin Kürdlər kəndində qəbiristanlıq tamamilə məhv edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.

47
Teqlər:
erməni vandalizmi, qəbiristanlıq, Füzuli

Sofulu kəndi azad edildikdən sonra: Cəbrayıldan yeni videokadrlar

5
1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

BAKI, 24 iyul - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sofulu kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Sofulu Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənddir. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Qarabağ silsiləsinin ətəyində yerləşən kənddə işğala qədər əhali heyvandarlıqla məşğul olurdu.

1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

5
Teqlər:
Qarabağ, Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Cəbrayıl
FHN-in helikopteri

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub

25
Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın olub.

BAKI, 24 iyul - Sputnik. Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qurumun "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Xatırladaq ki, bu, minalanmış ərazidə ilk yanğın hadisəsi deyil. İyunun 30-da Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub. Minalanmış sahədəki yanğını FHN helikopter vasitəsilə söndürüb.

İyulun 6-da isə Qazaxda sərhəd zolağında 180 ha sahə yanıb.

Eləcə də oxuyun:

25
Teqlər:
video, mina, FHN, Xocavənd, Yanğın

Xalq artisti Səməd Səmədov vəfat edib

0
"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

BAKI, 24 iyul - Sputnik. Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə müğənni Tural Qismət məlumat verib.

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfində oxuyub.

1988-ci ildən toylarda çıxış edib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısı idi. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

0
Teqlər:
xalq artisti, ölüm, Səməd Səmədov