BAKI, 22 noyabr - Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Twitter-dəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablamalı olduğunu bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Hikmət Hacıyev tvitində yazıb: "Beynəlxalq ictimaiyyət Ermənistanın işğal dövründə Füzulini dağıtmasının miqyasını qiymətləndirməlidir".
O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar.
Ambassadors, Heads of International Organizations and Military attaches accredited in Azerbaijan are taken for a visit to liberated Füzuli region. International community must the magnitude of destruction in Füzuli by Armenia during the period of occupation.
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 22, 2020