QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad olunmuş torpaqlara qayıdış bu mərhələlərlə həyata keçiriləcək

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidГадрут, фото из архива
Гадрут, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Öncə rayon mərkəzlərinə köçürülmə prosesi baş tutmalıdır. Oraya köçməmiş o rayonların işğaldan azad edilmiş torpaqlarda yeni tikilmiş mülkiyyətinə sənəd verilməlidir. Onlar həmin evlərə köçərkən o sənəd onların əlində olmalıdı".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Müharibə başa çatandan ən çox müzakirə edilən məsələlərdən biri də işğal altında olan torpaqlarımıza qayıdışla bağlıdır. 27 ildir ki, torpaq həsrəti çəkən şəxlərin öz dədə-baba yurdlarına nə vaxt dönəcəyi, bunun üçün lazımi infrastrukturun nə vaxta qurulacağı son günlərin ən çox verilən suallarındandır. Buraya indiyədək məcburi köçkün həyatı yaşayan şəxslərin əmlak hüququ, işğala qədər o torpaqlarda həmin şəxslərə aid olan əmlakların sahəsi və sair məsələlər də daxildir. Sputnik Azərbaycan bu suallara Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva ilə söhbətdə aydınlıq gətirməyə çalışıb.

Азербайджанский город Агдере, находящийся под оккупацией Армении, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ermənilər işğal etdikləri daha yeddi kəndi Azərbaycana təhvil verəcəklər

A.Mustafayeva Sputnik Azərbaycan-a bildirib ki, əvvəllər Repatriasiya haqqında qanunun qəbulu ilə bağlı məsələ gündəmdə olub. Amma bu günədək belə bir qanun qəbul olunmayıb: "Buna baxmayaraq repatriasiya ilə bağlı dünya təcrübəsində bir çox nümunələr var. Cənab prezident söylədiyi kimi işğaldan azad olunmuş ərazilərdə əvvəl təhlükəsizliklə bağlı məsələlər öz həllini tapmalıdır. İşğaldan azad olunmuş ərazilər minalardan təmizlənməlidir. Bundan sonra qayıdışla bağlı mərhələli şəkildə işlərə başlanılmaldıır. İlk mərhələdə infrastrukturun bərpası, sonra şəhərsalma ilə bağlı planların hazırlanması həyata keçirilməlidir. Bundan sonra işğaldan azad olunmuş ərazilərə investisiyaların qoyuluşu baş tutmalıdır. Bunun üçün isə daha cəlbedici imkanlar yaradılmaldıır. Bizim o torpaqlara qayıdan şəxslər üçün də müəyyən güzəştlər olmalı, hüquqi yardımlar olmalıdır. Orada ASAN Xidmət və DOST Agentliyinin nümayəndəlikləri fəaliyyətə başlamalıdır. İşğaldan azad olunmuş torpaqlarımıza qayıdışın hüquqi bazasının hazırlanması üçün bütün mərhələlər qaydaya salınmalıdır".

A.Mustafayeva deyir ki, indiyədək məcburi köçkünlərə verilmiş evlərin boşaldılmasının hansı formada həyata keçirilməsi də bu qanunda öz əksini tapmalıdır: "Düşünürəm ki, işğaldan azad edilmiş torpaqlarda indiyədək məcburi köçkün həyatı yaşamış şəxslər üçün evlər tikilməli, daha sonra onların dövlət tərəfindən məskunlaşdırıldığı evlər boşaldılmalıdır. Evlər tikildikdən sonra mərhələ-mərhələ bu köç baş tutmalıdır. Öncə rayon mərkəzlərinə köçürülmə prosesi baş tutmalıdır. Oraya köçməmiş o rayonların işğaldan azad edilmiş torpaqlarda yeni tikilmiş mülkiyyətinə sənəd verilməlidir. Onlar həmin evlərə köçərkən o sənəd onların əlində olmalıdır. Amma qayıtmamış mütləq şəkildə sakinlər üçün iş yerləri açılmalıdır".

В окрестностях города Шуша - Sputnik Azərbaycan
Azərbaycana ödəniləcək təzminatın məbləği 100 milyarda çata bilər

İnstitut direktoru deyir ki, qayıdış məsələsi ilə paralel olaraq beynəlxalq səviyyədə Ermənistana qarşı cinayət işi açılmalıdır: "Mülki əhaliyə, işğal olunmuş ərazilərimizdəki infrastruktura, mədəni tarixi abidələrimizə vurulan ziyanın dəyəri ödənilməlidir".

A.Mustafayeva deyir ki, işğaldan azad olmuş torpaqlarımızda sahibkarlara, sakinlərə vergi və kredit güzəştləri tətbiq edilməlidir: "Kənd yerlərində yaşayanlara texnikanın verilməsi və sair məsələləri dövlət öz üzərinə götürməldir. Proqramda yəqin ki, plan tərtib olunmalı, bəzi işlər mərhələ-mərhələ, bəzi işlər isə paralel aparılmalıdır. Artıq işğaldan azad olunmuş ərazilərə elektrik xətti və yol çəkilir. Bu işlərə indidən başlanılması qayıdışın tezliklə təmin ediləcəyindən xəbər verir. Bundan əlavə BMT tərəfindən də qayıdışa dəstək göstərilməldiir. BMT-nin repatriasiya proqramlarında iştirakı ilə bağlı təcrübə var. Onlar fermerlərə texniki dəstək verirdilər".

A.Mustafayeva deyir ki, işğaldan azad olunmuş torpaqlardan didərgin düşən şəxslərin o torpaqlarda qalan əmlakları ilə bağlı məsələlər haqqında indidən bir söz demək çətindir. Onun sözlərinə görə, bu işlərin incəlikləri dövlətin verəcəyi qərardan asılıdır: "İşğaldan azad olunmuş rayonlar qurulduqdan sonra dövlət qurumları həmin ərazilərə yerləşdirilməlidir. Sakinlərdən əvvəl həmin rayonlara dövlət qurumları köçürülməlidir. Həmin qurumların o torpaqlarda fəaliyyəti həmin ərazilərdə aparılacaq tikinti, bərpa işləri üçün də lazımdır".

Xəbər lenti
0