QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan təzminatı ödəməsə - Mümkün alternativlər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПерешедшие под контроль Азербайджана территории Физулинского района
Перешедшие под контроль Азербайджана территории Физулинского района - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən hesab edirəm ki, bu gün ermənilərin Kəlbəcərdə, Ağdamda etdikləri vandallığa baxmayaraq, biz qalib dövlət olaraq 30 il ərzində ölkəmizə vurulmuş ziyanın təzminatını tələb edəcəyik".

BAKI, 19 noyabr — Sputnik. Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit, politoloq Elçin Axundzadənin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus, hərbi attaşe, millət vəkilləri, Qızıl Aypara Cəmiyyəti, Dünya Kazakları Cəmiyyətinin Bakı nümayəndəliklərinin və media nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub. Konfrans iştirakçıları 3 dildə çıxış etdilər.

Tədbirdə çıxış edən Elçin Axundzadə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamənin insanlarda yaratdığı narahatlıqlar barədə danışdı.

© Photo : Courtesy of Elchin AxundzadeElçin Axundzadə
Ermənistan təzminatı ödəməsə - Mümkün alternativlər - Sputnik Azərbaycan
Elçin Axundzadə

"Azərbaycan güclü dövlətdir və günü-gündən də güclənəcək. Ona görə Qarabağda rus hərbçilərinin varlığı bu qədər narahatlığa səbəb olmamalıdır. Saziş bizə nə deyir? Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdır, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu hələ əldə edilən uğurların yalnız bir hissəsidir. Bundan əlavə, ağır qış şəraitində şəhid və yaralı vermədən Kəlbəcər, Laçın, Ağdam rayonları düşmənlərdən boşaldılacaq. Azərbaycanda yaşayan ermənilər Azərbaycan pasportu ilə yaşayacaq, Azərbaycan qanunlarına tabe olacaqlar. Laçın dəhlizi Azərbaycanın mülkiyyətindədir. Xankəndinin ətrafında rus sülhməramlıları olsa da, onların arxasında azərbaycanlılar və türklər də dayanacaq. Yəni Rusiya burda hegemonluq imkanını itirir. Biz bunu Gürcüstanla , Dnestryanı ilə eyniləşdirə bilmərik. Çünki geosiyasi mövqeyimiz fərqlidir, şərtlər və şərait fərqlidir".

В окрестностях города Шуша - Sputnik Azərbaycan
Azərbaycana ödəniləcək təzminatın məbləği 100 milyarda çata bilər

E.Axundzadə bildirib ki, Martuni, Hadrut, Qırmızı Bazar ləğv olunub, Xocavəndin ərazisinə daxil edilib. Xocavənddə isə Azərbaycan idarəçiliyi, güc strukturları və qanunları hökm sürəcək. Əskəran, Xocalı və Xankəndi Xocalıya tabe olundu, Xocalı Xankəndinin qəsəbəsi olacaq. Ağdərə ləğv olundu, Kəlbəcər, Goranboy və Tərtərin arasında bölündü.

"Bütün bunlar bizim 10-20 il sonrakı tariximiz üçün hesablanıb ki, ermənilər daha ərazi davası döyə bilməsinlər. Mən hesab edirəm ki, bu gün ermənilərin Kəlbəcərdə, Ağdamda etdikləri vandallığa baxmayaraq, biz qalib dövlət olaraq 30 il ərzində ölkəmizə vurulmuş ziyanının təzminatını tələb edəcəyik. Beynəlxalq məhkəmələrə veriləcək, haqq yerini tapacaq. Əlbəttə, nəyi, necə edəcəyini Prezidentimiz İlham Əliyev daha yaxşı bilir. O da bəyan etdi ki, Azərbaycan təzminat tələb edəcək.

Mən hesab edirəm ki, əgər Ermənistanın 250 milyard təzminatı ödəməyə iqtisadi gücü yoxdursa, dünyada qəbul edilmiş qanunlarla öz ərazisini verməlidir. Mən bunu Beynəlxalq İnsan Haqları Komitəsinin nümayəndəsi olaraq dilə gətirirəm", - deyə Elçin Axundzadə qeyd edib.

Xəbər lenti
0