BAKI, 19 noyabr — Sputnik. "Biz Azərbaycanın mədəni beşiyi olan Şuşaya özünün keçmiş şöhrətini geri qaytaracayıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
This is what Armenians did to house-museum of famous #Azerbaijani opera singer Bulbul (1897-1961) in #Shusha pic.twitter.com/4mGbfKEl55
— Anar Karimov 🇦🇿 (@Anar_Karim) November 18, 2020
Ermənilərin Bülbülün ev muzeyini dağıtdığını əks etdirən videonu paylayaşan A.Kərimov bunları qeyd edib:
"Ermənilərin Azərbaycanın məşhur opera müğənnisi Bülbülün ev muzeyinə qarşı etdikləri hərəkətlər bunlardır. Onun ev-muzeyi əvvəllər Şuşada bir mədəniyyət və sənət mərkəzi idi. Biz Qarabağ və Azərbaycanın mədəni beşiyi olan Şuşaya keçmiş şöhrətini qaytaracağıq".