Ermənilərin Kəlbəcərdən evakuasiyası

Türkiyənin müdafiə naziri ermənilər barədə: Evləri, meşələri barbarcasına yandırırlar

19
(Yenilənib 22:07 17.11.2020)
Hulusi Akar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyib.

BAKI, 17 noyabr - Sputnik. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akar Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi ilə videokonfrans formatında keçirdiyi iclasda bildirib.

"Evləri, meşələri yandırmaqla insanlıqdan kənar və barbar olduqlarını bir daha sübut edirlər", - Akar deyib. 

Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra bura yerləşdirilmiş ermənilər müvafiq bəyanata uyğun olaraq, rayonu tərk edirlər. Kəlbəcəri tərk edərkən, ermənilər evlərində olan hər şeyi sökür, meşələri qırır, sonra isə onlara öd vururlar. 

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.

19
Dağlıq Qarabağ, arxiv şəkli

Ölkəmizin "Yaşıl apteki"ndə indi vəziyyət necədir - TƏBİB statistikanı açıqladı

9
(Yenilənib 17:37 26.11.2020)
İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

BAKI, 26 noyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, işğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek" adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.

9
Teqlər:
aptek, xəstəxana, statistika, səhiyyə, TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Kəlbəcər rayonu, Kəlbəcər
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Türkiyənin müdafiə naziri Fransanın əsl simasını açdı

25
(Yenilənib 16:39 26.11.2020)
Türkiyənin müdafiə naziri Fransa Senatının bədnam qərarına münasibət bildirib: "Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu təsdiqlədi".

BAKI, 26 noyabr — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən yaydığı xəbərə görə, Akar "Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu bir daha təsdiqlədi", – deyə qeyd edib.

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib, bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib:

"Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda verir".

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin və rəsmi Parisin tərəfdaşlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli təktərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

25
Teqlər:
Ermənistan, Qarabağ, Fransa, Baş Qərargah rəisi Hulusi Akar, Hulusi Akar, Türkiyə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycan Fransaya nota verdi, səfir XİN-ə çağırıldı

0
(Yenilənib 19:35 26.11.2020)
Bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

BAKI, 26 noyabr - Sputnik. Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

0