QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kreml Qarabağ üzrə razılaşmanın əsas nəticəsini açıqladı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ üzrə razılaşmaların əsas nəticələrini şərh edərkən deyib ki, insanlar ölmürlər, bu, ola biləcək ən dəyərli şeydir.

BAKI, 17 noyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ üzrə razılaşmaların əsas nəticələrini şərh edərkən bəyan edib ki, ən önəmli olan "silahların susması" və insanların ölməməsidir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Hərbi ekspertlərə müraciət etmək lazımdır, lakin hər şeydən öncə silahların susmasına diqqət yetirməliyik. Əsas nəticə budur. İnsanlar ölmürlər. Bu ola biləcək ən dəyərli şeydir", - deyə Peskov Kremlin atəşkəsdən sonra ilk günləri necə dəyərləndirməsi barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Подпись, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Putin, Əliyev və Paşinyan arasında razılaşdırılmış - BƏYANAT

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0