QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər Kəlbəcərdən hər şeyi aparır, apara bilmədiklərini isə yandırırlar - VİDEO

© Sputnik / Mediabanka keçidГорящий дом в Кельбаджарский районе Карабаха
Горящий дом в Кельбаджарский районе Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli razılaşmaya görə Kəlbəcəri tərk edən ermənilər yalnız evləri yandırmaqla kifayətlənmir, meşələrdə, yol kənarında olan ağacları da kəsib özləri ilə Ermənistana aparırlar.

BAKI, 15 noyabr — Sputnik. Kəlbəcərdən çıxan ermənilər yalnız evləri yandırmaqla kifayətlənmir, meşələrdə, yol kənarında olan ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. Onlar işğal müddətində ələ keçirdikləri hər şeyi daşıyır, apara bilmədiklərini isə yandırırlar ki, azərbaycanlılara heç nə qalmasın.

Sputnik Ermənistan-ın əməkdaşları kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıblar.

Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli razılaşmaya görə, Kəlbəcəri tərk etməli olan ermənilər talançılıq prosesini mikroavtobus və iri yük maşınları ilə həyata keçirirlər. 

 

Xəbər lenti
0