Ermənilərin Kəlbəcərdən evakuasiyası

MN: Ermənistan SQ qeyri-qanuni yerləşdirilmiş əhali Kəlbəcəri tərk edir

24
(Yenilənib 15:30 15.11.2020)
Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan silahlı qüvvələri və Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş əhali oranı tərk edir, bu zaman heç bir təxribata yol verilmir.

BAKI, 15 noyabr - Sputnik. “Ermənistan silahlı qüvvələri və Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş əhali oranı tərk edir, heç bir təxribata yol verilmir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib.

Bu barədə videogörüntünü təqdim edən H. Mahmudov deyib ki, Vardenis istiqamətində yolun dar olduğu da videgörüntülərdən aydın görünür: “Biz də rayonun boşaldılması prosesinə hər hansı müdaxilə etmirik”.

24

Bölmələrimiz Kəlbəcərin qarlı yolları ilə irəliləyirlər - video

15
Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyi bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edib.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu isə noyabrın 25-də Azərbaycan Respublikasına qaytarılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

15
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

5
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

5
Avtobus dayanacağı, arxiv şəkli

DYP-dən dayanacaqlarla bağlı narazılıq

0
(Yenilənib 16:54 25.11.2020)
Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin.

BAKI, 25 noyabr — Sputnik. "Birzolaqlı ikitərəfli yollarda ciblər təşkil olunmadan dayanacaqlar yaradılır. Bu isə digər hərəkət iştirakçılarına mane olur, həmçinin yollarda tıxac yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onlayn formatdan keçirilən "Baku City Forum"da Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev deyib.

Onun sözlərinə görə, narahatlıq yaradan məsələlərdən biri də taksi dayancaqlarının avtobus dayanacaqlarının içərisində yerləşdirilməsidir: "Bildiyiniz kimi, hazırda metro işləmir və bu səbəndən də sərnişindaşımada əsas ağırlıq avtobusların üzərinə düşür. Təəssüf ki, bir çox hallarda avtobus sürücüləri qaydaları pozur. Avtobusların intervala riayət etməməsi, yollarda yarışa girməsi narazılığa səbəb olur. Son zamanlar intensiv yağışlar nəticəsində işıqforların işləməməsi də narahatlıq yaradır. Bu barədə vətəndaşların da şikayətləri olur. Yağış yağan kimi işıqforlar işləmir və bizim əməkdaşlara da problem yaradır. Tövsiyə edərdim ki, onların fəaliyyətinə nəzarət edilsin".

0
Teqlər:
narazılıq, dayanacaq, DYP