QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Suriyalı jurnalist Ermənistan tərəfdən döyüşən terrorçu həmyerlilərini faş etdi

© AFP 2023 / ILYAS AKENGINБоевики РПК, фото из архива
Боевики РПК, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna: "Hələbdən olan suriyalı bu 3 oğlan – Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar.

BAKI, 15 noyabr — Sputnik. Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorçuların döyüşməsinə dair yeni faktlar ortaya çıxıb.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistlər, hətta bəzi media orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair məlumatlar, fotolar paylaşılır.

Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna özünün "Twitter" hesabında Suriyadan Ermənistan tərəfdən Qarabağdakı döyüşlərə cəlb edilmiş 3 muzdlunun fotolarını paylaşıb və onların adlarını açıqlayıb. O yazıb: "Hələbdən olan suriyalı bu 3 oğlan – Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar".

https://azertag.az/xeber/Qarabag_muharibesinde_Ermenistan_terefden_muzdlularin_doyusmesi_ile_bagli_yeni_fakt_ortaya_chixib-1642409

Xəbər lenti
0