Ağdam rayonunun girişi

Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınıb

83
(Yenilənib 23:52 14.11.2020)
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir.

BAKI, 14 noyabr - Sputnik. Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən bildirilib.

"UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.

Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcək", - deyə nazirlikdə bildirilib.

83

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

25
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

25