Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağa dair razılaşmanı müzakirə edib

© Sputnik / Aleksey Nikolskyi / Mediabanka keçidПрезидент РФ Владимир Путин на российско-эмиратских переговорах
Президент РФ Владимир Путин на российско-эмиратских переговорах - Sputnik Azərbaycan
Abunə olmaq
Üç ölkə liderləri noyabrın 9-da Dağlıq Qarabağa dair üçtərəfli Bəyanatda qeydə alınmış razılaşmaların həyata keçirilməsinin praktiki aspektlərini müzakirə ediblər.

BAKI, 14 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirələr aparıb.Bu barədə Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.  

Məlumata əsasən, söhbət əsnasında noyabrın 9-da Dağlıq Qarabağa dair üçtərəfli Bəyanatda qeydə alınmış razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub: Atəşkəs rejiminə riayət olunması, təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnuniyyət ifadə olunub". 

"Belə ki, İlham Əliyevlə söhbətdə Vladimir Putin üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırlar yerləşir. Bununla bağlı RF lideri bu müqəddəs məkanların qorunmasının və normal kilsə fəaliyyətinin təmin olunmasının vacibliyi vurğulanıb. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı anlayış göstərərək bildirib ki, Azərbaycan tərəfi məhz bu yönümdə fəaliyyət göstərəcək".

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0