QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov Dağlıq Qarabağın statusu haqqında

© Photo : Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər naziri deyib ki, Dağlıq Qarabağın statusu regionun dini və etnik tərkibi haqqında qərardan asılı olaraq təyin ediləcək.

BAKI, 12 noyabr — Sputnik. Dağlıq Qarabağın statusu regionun dini və etnik tərkibi haqqında qərardan asılı olaraq təyin ediləcək.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Biz ondan çıxış edirik ki, status Dağlıq Qarabağda etnik-məzhəb razılığını bərpa etmək üçün hansı addımları atmalı olacağımızdan asılı olaraq müəyyən ediləcək", - deyə Lavrov qeyd edib.

"Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək", -  deyən Lavrov sözügedən regionun statusunun müəyyənləşdirilmə müddətinin konkret tarixinin olmadığını da qeyd edib:

"Statusun SSRİ-nin dağılması dövründə, müharibə başlayana qədər, uzun illər olduğu kimi Dağlıq Qarabağda etno-konfessional razılığı bərpa etmək üçün hansı addımları atmalı olduğumuzdan asılı olaraq müəyyənləşəcəyindən çıxış edirik. Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə olmağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır". 

Rusiyalı nazir əlavə edib ki, "burada biz hər hansı bir süni müddət qoymuruq".

Xəbər lenti
0