Prezidentin müşaviri: "Artıq Qarabağımıza heç bir status verilmir"

78
(Yenilənib 22:51 11.11.2020)
"Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir"

BAKI, 11 noyabr - Sputnik. "Məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib".

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə müşaviri Məhərrəm Əliyev deyib. 

O bildirib ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən, düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir:

"Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.

Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prinsipləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır".

M.Əliyev bildirib ki, artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər: "Həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu, birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir".

78
Teqlər:
Azərbaycan, Türkiyə, Rusiya, Qarabağ, Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə müşaviri Məhərrəm Əliyev
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

1
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

1
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

2
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

 

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

2
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL