Türkiyə hərbçiləri, arxiv şəkli

Türk hərbçilər Qarabağda ruslarla eyni mövqedə olacaqlar - Ərdoğan

272
(Yenilənib 18:46 11.11.2020)
"Atəşkəsə nəzarətdə ruslar necə iştirak edəcəklərsə, bizim qruplarımız da məhz bununla məşğul olacaqlar. Rusiyalı hərbçilər orada müəyyən nöqtələrdə yerləşməyə başlayıblar"

BAKI, 11 noyabr - Sputnik. Rusiya nümayəndə heyəti Dağlıq Qarabağda atəşkəsə riayət olunmasına nəzarətlə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gələcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bu gün həmçinin bildirib ki, bu səhər Türkiyə və Rusiya arasında atəşkəsə nəzarət üçün ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş imzalanıb və türklər bu bölgədə ruslarla birgə sülhyaratma missiyasında iştirak edəcəklər. 

"Atəşkəsə nəzarətdə ruslar necə iştirak edəcəklərsə, bizim qruplarımız da məhz bununla məşğul olacaqlar. Rusiyalı hərbçilər orada müəyyən nöqtələrdə yerləşməyə başlayıblar. Buraya Rusiya Federasiyasından nümayəndə heyəti gəlir, bizin XİN rəhbərlərimiz də danışıqlar aparırlar", - Ərdoğan jurnalistlərə deyib.

272
Teqlər:
sülhməramlılar, Dağlıq Qarabağ, Rusiya, Azərbaycan, Türkiyə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1118)
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1118)
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

4
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

4