Ali Baş Komandanı İlham Əliyev

Prezident: "Düşmənin qənimət götürülmüş texnikaları Bakıya gətiriləcək"

44
(Yenilənib 17:08 11.11.2020)
Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik

BAKI, 11 noyabr — Sputnik. "Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

Ali Baş Komandanın sözlərinə görə, məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil: "Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu, demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq".

44
Teqlər:
nümayiş, Bakı, hərbi qənimət, Ermənistan ordusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Füzulidə icma resurs mərkəzinin açılışı

Zərərçəkənlər üçün dərd ortağı: Füzulidə İcma Resurs mərkəzi açıldı - FOTO

7
(Yenilənib 18:59 23.04.2021)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Füzulidə İcma Resurs mərkəzinin açılışı olub. Bununla da ölkədə belə mərkəzlərin sayı on ikiyə çatıb.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Füzuli-Horadiz İcma Resurs mərkəzinin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti və başqaları iştirak ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bahar Muradova bu gündən etibarən fəaliyyətə başlayacaq mərkəzlərin icma nümayəndələrinə, o cümlədən zərərçəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağını bildirib. Bahar Muradova əlavə edib ki, bu icma mərkəzi yalnız ehtiyacı olanların deyil, istənilən şəxsin üzünə açıqdır. “İstənilən hər kəs burada həm hüquqi, həm də fərdi bacarıqlarının, həm də iqtisadi durumun gücləndirilməsi ilə bağlı layihələrlə çıxış edə bilər. Qarşıda bizi yenicə azad olunmuş regionlar və oraya insanların qaytarılması, abadlaşdırma vəzifəsi dayanır. Odur ki insanların öz yerinə-yurduna qayıtması və yeni yaşayış şəraiti üçün yeni imkanlar əldə etməsinə rəvac verən belə layihələr çox vacibdir. Biz digər regionlarda da belə layihələrin olması üzərində işləyirik”.

  • Füzulidə icma resurs mərkəzinin açılışı
    © Sputnik / Emin Alisahib
  • Füzulidə icma resurs mərkəzinin açılışı
    © Sputnik / Emin Alisahib
  • Füzulidə icma resurs mərkəzinin açılışı
    © Sputnik / Emin Alisahib
  • Füzulidə icma resurs mərkəzinin açılışı
    © Sputnik / Emin Alisahib
  • Füzulidə icma resurs mərkəzinin açılışı
    © Sputnik / Emin Alisahib
1 / 5
© Sputnik / Emin Alisahib
Füzulidə icma resurs mərkəzinin açılışı

BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. O, mərkəzlərin açılmasının zərərçəkmiş vətəndaşlara dəstək göstərilməsi və bərpa məqsədi daşıdığını bildirib. “Bu hüquq mərkəzi hüquqi, psixososial, eyni zamanda biznes istiqamətində təlimlər üzrə xidmətlər göstərəcək. Eyni zamanda, iqtisadi baxımdan səlahiyyətləndirmə və gücləndirmə təşəbbüsləri də olacaq. Bizim bu mərkəzin açılmasında uzun müddətdir tərəfdaşlıq etdiyimiz Ailə, Qadın Komitəsi və İcra Hakimiyyəti böyük dəstək göstərmişdir. Beləliklə bu uzunmüddətli əməkdaşlıq nəticəsində işlər görülür. Əlbəttə ki, BMT-nin İnkişaf Proqramı Azərbaycanda bu cür layihələri keçirir. Və biz Azərbaycan vətəndaşlarına, bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara bu imkanları yaradırıq”.

Çıxışlardan sonra qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, diskussiya aparılıb.

Qeyd edək ki, ötən gün Ağcabədi və Tərtər rayonlarında da icma mərkəzlərinin açılışı olub. "Əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində yaradılan İcma Resurs mərkəzləri zərərçəkmiş icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək etmək, o cümlədən əsas diqqəti qadınlara, uşaqlara və əlilliyi olan şəxslərə yönəltməklə zərər çəkmiş vətəndaşlara biznes məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsi məqsədi daşıyır. 

7
Teqlər:
mərkəz, icma, Füzuli, Qarabağ

Mingəçevirli qəhrəman - Onun gülərüz siması indi yalnız şəkillərdə qalıb

11
Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Allahverdi Babayev ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tarix yazmaq, qalib əsgər olmaq onun ən böyük arzusu idi. 2016-cı il Aprel döyüşlərində yaralansa da, yenidən cəbhəyə qayıdıb xidmətini davam etdirmişdi. Sputnik Azərbaycan bildirir ki, 1989-cu ildə Mingəçevirdə dünyaya göz açan Allahverdi Babayev hər kəsin sevimlisi idi.

Kiçik yaşlarından idmana, bilik yarışlarına daha çox həvəs göstərirdi. İştirak etdiyi yarışlarda isə xüsusilə fərqlənirdi. Aldığı diplomlar, medallar saysız-hesabsız olub. Allahverdi Babayev 44 günlük Vətən müharibəsinin ilk günündə şəhadətə yüksəlsə də ağır döyüşlərdə göstərdiyi qəhrəmanlığı unudulmur. Hərbçi yoldaşı, gizir Sənan Məmmədovla müharibədən iki gün öncə görüşüb vidalaşması isə hər kəsi kövrəldir.

11
Qubada Faithful friend - Sadiq dost adlanan heyvan sığınacağı

Daha qorxulu deyil: Quba şəhərində aktual problemi belə həll etdilər - FOTO

0
(Yenilənib 20:20 23.04.2021)
"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi" - Ziyəddin Əliyev.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Respublikamızda sahibsiz itlər məsələsi hər zaman gündəmdə olub və böyük problemlərdən sayılır. Paytaxtda və bölgələrdə addımbaşı sahibsiz itlərə rast gəlmək mümkündür. Şimal bölgəsində ilk dəfə olaraq rayon rəhbərliyi tərəfindən bu cür heyvanlar üçün sığnacaq yaradılıb. 

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu gün Qubada "Faithful friend"- "Sadiq dost" adlanan heyvan sığınacağı istifadəyə verilib. Quba İH başçısı Ziyəddin Əliyev, İsrail dövlətinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Doron Peer, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov, mətbuat nümayəndələri tədbirdə iştirak ediblər.

  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı
    © Sputnik / Leyla Abdullayeva
1 / 4
© Sputnik / Leyla Abdullayeva
Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı

İsrailli qonaq Doron Peer çıxışında Azərbaycanın bölgəsində belə bir heyvan yuvasının açılmasını çox təqdirəlayiq hal hesab edib, hətta təəccübləndiyini də gizlətməyib.

"Rayonda sahibsiz itlər çoxalmışdı, küçələrdə gəzmək insanlar üçün təhlükəli idi. Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədova bu təklifi verəndə dərhal razılaşdım. Tezliklə işə başlanıldı, hazırda iyirmi sahibsiz it bu sığınacaqda yerləşdirilib", - Z.Əliyev bildirib.

© Sputnik / Leyla Abdullayeva
Qubada "Faithful friend" - "Sadiq dost" adlanan heyvan sığınacağı

Fərid Mansurov da Qubada sahibsiz heyvanların sığınacağının açılmasını yüksək dəyərləndirib və Qubanın bu təcrübəsinin bütün rayonlarda yayılaraq həyata keçirilməsini məqsədəuyğun sayıb.

Ümidvarıq ki, bu gündən Qubada küçələrdə sahibsiz itlərə rast gəlinməyəcək və insanlar qorxusuz hərəkət edə biləcəklər. Həm itlərin həyati təhlükəsi aradan qalxacaq, həm də insanların.

0
Teqlər:
sığınacaq, sahibsiz it, Quba