Şuşa şəhərinin ətrafı, arxiv şəkli

İyirmi yeddi ildir həsrət qaldığımız torpaqlarda idarəetmə necə təşkil ediləcək?

407
(Yenilənib 12:04 11.11.2020)
"Ərazilərimiz işğal olunsa da, bir rayon üçün bütün strukturları Azərbaycan dövləti qoruyub saxlayıb. Onların öz ərazilərə köçüb həmin idarətməni, sosial təminatı, təhsili və sair təşkil etməsinə hələ çox var"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Bir müddət əvvəl prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizin işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. Bunun üçün Azərbaycanın Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəklər. Fərmana əsasən, müvəqqəti komendantlıqların nəzdində  dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılacaq. Qeyd edək ki, buraya 14 dövlət qurumu daxildir.

Sputnik Azərbaycan işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin hansı formada təşkil edilməli oduğunu araşdırıb.

Bakı Şəhər Yasamal rayonunun keçmiş icra başçısı Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə inzibati ərazi vahidləri üzrə artıq komendatlıqlar yaradılıb. Həmin komendatlıqların yaradılması Daxili İşlər Nazirliyinə həvalə olunub: "Fərmanda qeyd olunduğu kimi, onların ilk vəzifəsi orada  vəziyyəti öyrənmək, qalmış daşınmaz əmlakın uçotunu aparmaq, sıradan çıxardılmış texnikaların  uçotunu aparmaq, ilkin idarəetməni təşkil etməkdir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilər tamamilə dağıdılıb. Cəbrayıl və Fizuli rayonlarında ümumiyyətlə infrastruktur məhv edilib. Cənab prezidentin də qeyd etdiyi kimi orada bayraq asmağa bir bina qalmayıb. Amma müharibə getdiyi zaman müəyyən infrastruktur yaradılıb. Bu ərazilər indiki halda boş qalmamalıdır. Mütləq həmin ərazilərdə müəyyən idarəetmə olmalıdır".

S. Məmmədov bildirir ki, hər bir rayonun icra hakimiyyəti orqanları var. Onlar da fəaliyyətdədir: "Həmin icra hakimiyyətlərinin öz strukturları var. İşğaldan azad olunmuş rayonların öz icra hakimiyyətləri, yerlərdəki daxili işlər orqanları,  məhkəmə və prokurorluq orqanları var. Ərazilərimiz işğal olunsa da, bir rayon üçün bütün strukturları Azərbaycan dövləti qoruyub saxlayıb. Onların öz ərazilərə köçüb həmin idarətməni, sosial təminatı, təhsili və sair təşkil etməsinə hələ çox var. İlk növbədə o ərazilərdə təhlükəsizlik işləri , minalardan təmizlənmə işləıri aparılmalıdır. Bundan sonra orada bərpa -quruculuq işləri aparılmaldıır. Quruculuq işlərimə başlandıqdan,  əhalinin həmin ərazilərə məskunlaşdırılmasında sonra həmin mülkü idarələr öz funksiyalarını bərpa edəcəklər. İndiki halda tutaq ki, məhkəmənin gedib Qubadlıda oturmasının mənası yoxdur. Hətta bunun üçün orda inzibati bina olsa belə. Komendatlığın ilkin vəzifəsidir ki, işğalda olduğu dövrdəki vəziyyət qiyməıtləndirilsin. Nəyin dağıdılıb nəyin qaldığını sənədləşdirsin. Orada qalan əmlak, texnika aidiyyatı qurumların balansına daxil edilsin. Bütün üşün sadaladığım işlər görülməlidir".

Ekspert deyir ki,əsas odur ki, bu ərazilər başsız qalmasın: "Hərbiçilərimiz işğal altında qalan torpaqlarımızı  işğaldan azad etdikcə mövqeylərimiz möhkəmlənir.  Ona görə də, orada komendantlıqların yaradılması şərtdir. Bu gün prezidentin fərmanı ilə bunun üçün 14 dövlət qurumu müəyyənləşib. Zərurət olduqda əlavə orqanlar da cəlb edilə bilər. Komendantlıqlar, işğaldan azad olunmuş ərazilərimizdə müvəqəti idarətmə təmin edilməsi məqsədi ilə yaradılıb. Əsas idarətməyə həmin torpaqlarımızda infrastruktur qurulduqdan, əhali məskunlaşdırıldıqdan sonra başlanılacaq".

Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də deyir ki, işğaldan azad edilmiş ərazilərimizdə sənədləşdirmə işlərinin aparılması vacibdir. Deputatın sözlərinə görə, orada vəziyyət qiymətləndirilməlidir:  "Bu gün torpaqlarımız işğaldan azad edildikcə biz görürük ki, bizim bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz darmadağın edilib. Mədəni sərvətimiz məhv edilib. Düşünürəm ki, bu məsələlərlə bağlı sənədləşmə aparılmalı, cinayət işləri qaldırılmalı, bu işdə əli olmuş bütün insanlar cinayət məsuliyyətinə cəlb edilməli və onlar haqqında tədbirlər görülməlidir”.

Məlumat üçün qeyd edək ki, müvəqqəti komendantlıqların nəzdində  dövlət orqanlarına aşağıdakı qurumlar daxildir.

Dövlət Təhlükəsizliyi Xidməti;

Fövqəladə Hallar Nazirliyi;

İqtisadiyyat Nazirliyi;

Kənd Təsərrüfatı Nazirliyi;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

Maliyyə Nazirliyi;

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

Mədəniyyət Nazirliyi;

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

Müvafiq yerli icra hakimiyyəti orqanları.

Müvəqqəti komendantlıqlara fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etmək tapşırılıb. Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi, kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi, aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi. Həmçinin hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi də təmin edilməlidir.  Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidir: Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi, Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epi­zootik vəziyyətin ilkin qiymətləndirilməsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi, Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi. Bu dövlət qurumlarından Sputnik Azərbaycan-a bildirdilər ki, artıq Fərmandan irəli gələn işlərin icrasına başlanılıb. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilib. Xatırladaq ki,  Fərmana əsasən müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.

407

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

2
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

2
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

13
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

13
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa