Государственный департамент США

Dövlət Departamenti Qarabağla bağlı razılaşmanı şərh edib

122
(Yenilənib 23:55 10.11.2020)
Dövlət Departamenti: Şiddətin sonunu görməkdən məmnun qalacağıq, amma hələ atəşkəsin konkret təfərrüatları və sonrakı addımlar barədə şərh verə bilmərik.

BAKI, 10 noyabr - Sputnik. ABŞ Dağlıq Qarabağla bağlı razılaşmanı diqqətə alıb, onun həyata keçirilməsinin təfərrüatlarını gözləyir və zorakılığa son qoyulduğu üçün məmnundur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü RİA Novosti-yə verdiyi açıqlamada deyib.

"Biz Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlindiyini diqqətə aldıq. Bu yeni müqavilənin formalaşması ilə əlaqədar təfərrüatlar və planların həyata keçirilməsinə dair daha çox məlumat əldə etməkdə maraqlı olacağıq", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Şiddətin sonunu görməkdən məmnun qalacağıq, amma hələ atəşkəsin konkret təfərrüatları və sonrakı addımlar barədə şərh verə bilmərik. Tərəflər (münaqişə tərəfləri) yeni razılaşmaları necə qəbul edir, bunu onlardan soruşmalıyıq", - deyə o, əlavə edib. 

Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın əvvəlcə təmas xətti boyunca şiddətin artmasını və insan itkisini pislədiyini xatırladıb.

 

122
Teqlər:
Rusiya, ABŞ, Dağlıq Qarabağ, ABŞ Dövlət Departamenti

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

25
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

25