Türkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Türkiyə Müdafiə Nazirliyi: "Pis günlər bitdi, gün qələbə günüdür, mübarək olsun!"

28
(Yenilənib 14:19 10.11.2020)
Otuz il əvvəl yaşanan acılar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandılar

BAKI, 10 noyabr — Sputnik. Pis günlər bitdi, gün qələbə günüdür, mübarək olsun! Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində edilən paylaşımda yer alıb.

"Azərbaycan Türkü qardaşlarımız bu atalar sözünü yaxşı bilirlər: "Pis günün ömrü az olur!"

Otuz il əvvəl yaşanan acılar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandılar".

Pis günlər bitdi, gün qələbə günüdür, mübarək olsun!", - deyə məlumatda qeyd olunur.

28
Teqlər:
dəstək, Müdafiə Nazirliyi, Türkiyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müharibə, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

25
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

25