CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время обращения к народу
Президент Ильхам Алиев во время обращения к народу - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaq. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq"

BAKI, 10 noyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə münasibətilə xalqımızı təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm!

Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaqdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq.

Bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandanımız İlham Əliyev və Şanlı Ordumuzdur!

Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi.

Eşq olsun Ali Baş Komandan İlham Əliyevə!

Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!"

Xəbər lenti
0