Ermənistan prezidenti Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti: "Qarabağ barədə razılaşmanı mətbuatdan öyrəndim"

104
(Yenilənib 10:33 10.11.2020)
Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb

BAKI, 10 noyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, Qarabağda müharibənin bitməsi haqqında üçtərəfli bəyanat barədə mətbuatdan öyrənib. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

O, həmçinin bildirib ki, Qarabağın taleyi geniş konsensus əsasında həll edilməlidir.

Prezident vurğulayıb ki, təcili siyasi məsləhətləşmələrə başlayır.

© Official website of President of Azerbaijan Republic

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb. Bəyanatın mətnini diqqətinizə təqdim edirik:

"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi fəaliyyətin Moskva vaxtı ilə 10 noyabr saat 00.20-dən etibarən tam dayandırılması barədə elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə dayanırlar.

2. 2020-ci il noyabrın 20-dək Ağdam rayonu və erməni tərəfinin Azərbaycan Respublikasının Qazax rayonunda əldə saxladığı ərazilər Azərbaycan tərəfinə qaytarılır.

3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 nəfər hərbi qulluqçudan, 90 zirehli transportyordan, 300 vahid avtomobil və xüsusi texnikadan ibarət sülməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin müddəti Tərəflərdən hansısa birinin müddətin bitməsinə 6 ay qalmış bu müddanın tətbiqinə xitam vermək barədə bəyanatla çıxış etməsə avtomatik növbəti 5 illik dövrlər üçün artırılmaqla 5 ildir.

5. Tərəflərin razılaşmalara əməl etməsinə nəzarətin effektivliyini artırmaq məqsədi ilə atəşkəsə nəzarət üzrə sülhyaratma mərkəzi təşkil olunur.

İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimdə iştirak ediblər
© Official website of President of Azerbaijan Republic

6. Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Ermənistan Respublikasına qalır (eni 5 km).

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Bu marşrutun mühafizəsi üçün Rusiya sülməramlı kontingenti cəlb olunacaq.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdırlar.

8. Hərbi əsirlər və digər saxlanılan şəxslər, həlak olanların cəsədləri qaytarılır.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılaşması əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin olunacaq".

104
Teqlər:
mətbuat, razılaşma, prezident, Ermənistan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

3
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

3
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

24
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

24