QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Eyvazov: Azərbaycan Ordusu Xocavənd istiqamətində hücumu genişləndirir

© Photo : REPORTПресс-секретарь Министерства обороны Анар Эйвазов
Пресс-секретарь Министерства обороны Анар Эйвазов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir.

BAKI, 9 noyabr - Sputnik. "Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir".

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!", - o, deyib.

Xəbər lenti
0