Dövlət sərhədi, arxiv şəkli

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

24
(Yenilənib 08:36 09.11.2020)
Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub

BAKI, 9 noyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

24
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gədəbəy, Tovuz, Ermənistan ordusu, Atəşkəsin pozulması, dövlət sərhədi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)

Müharibənin əks-sədası: torpaqların təmizlənməsini gözləmək lazımdır - VİDEO

6
(Yenilənib 17:15 22.04.2021)
Azərbaycanın müharibə bölgəsindəki kəndlərinin sakinləri vaxtaşırı düşmənin yerləşdirdiyi minaya düşürlər. Kəndlilər belə bir həyat haqqında nə düşünürlər. Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Azərbaycan torpaqlarını işğal edərkən Ermənistan tərəfi məqsədyönlü şəkildə bu əraziləri minalayıb. Üçtərəfli atəşkəs bəyannaməsi imzalanandan bəri mina partlaması nəticəsində Azərbaycanın 20 mülki vətəndaşı və hərbçisi ölüb, daha 85 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sakinlər inanırlar ki, səbrlə bu ərazilərin minalardan təmizlənməsini gözləməlidirlər. Çünki Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları azad edilmiş ərazilərdə intensiv rejimdə işləyirlər.

Düşmən Tərtər bölgəsindəki Qapanlı kəndinin sakinlərini daim qorxu içində saxlamağa çalışaraq, bu illər ərzində həmin kəndə bütün növ silahlardan atəş açıblar, eyni zamanda təxribatçı qruplar oraya minalar yerləşdiriblər.

Mülki əhali "müharibənin əks-sədası"ndan əziyyət çəkməyə və ölməyə davam edir. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini nəzərə alsaq, bütün bu torpaqların minalardan tamamilə təmizlənməsini hələ uzun müddət gözləmək lazım gəlir.

 

6
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, Qarabağ, mina
Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər

Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər - FOTO

7
(Yenilənib 12:58 22.04.2021)
Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on üç avtomobil kolonnası vasitəsilə 2400 tondan çox yük daşınıb. Budəfəki yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub.

 

BAKI, 22 aprel — Sputnik. Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edirlər. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Sosial obyektlər və yaşayış evlərinin elektrik və su ilə təminatının bərpası üçün Humanitar Yardım Mərkəzinin 17 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonnası Suqovuşan-Kəlbəcər marşrutu üzrə Kəlbəcər rayonuna təxminən 200 ton həcmində yük çatdırıb. Yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub", - deyə məlumatda bildirilir.

1 / 4
Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər

Qeyd olunur ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on üç avtomobil kolonnası vasitəsilə 2400 tondan çox yük daşınıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

 

7
Teqlər:
sülhməramlılar, Rusiya, yük, Azərbaycan, Qarabağ, Kəlbəcər
Qazaxda xüsusi rejimə nəzarət

Zərdabda reyd: Sürücülər barədə protokol tərtib olunub

0
Reyd zamanı yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və profilaktik söhbətlər aparılıb,

BAKI, 22 aprel — Sputnik. Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumata görə, yoxlamalar zamanı atmosferə normadan artıq dəm qazı buraxan 31 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Reyd zamanı yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və profilaktik söhbətlər aparılıb, qayda pozuntularına yol verən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki, Zərdab rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

0