QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidСотрудник Национального агентства по разминированию территорий Азербайджана (ANAMA)
Сотрудник Национального агентства по разминированию территорий Азербайджана (ANAMA) - Sputnik Azərbaycan
Abunə olmaq
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat, 1 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib.

BAKI, 9 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 19 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 21 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Avşar, Mirəşelli, Taxtakörpü, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Əfətli, Üçoğlan kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Cəbrayıl rayonunun Mehdili kəndi, Füzuli rayonunun Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Kərimbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Meşəli kəndi, Tərtər rayonunun Yenikənd, Çaylı, Seyidimli kəndləri və Şıxarx qəsəbəsi, Xocavənd rayonunun Ağoğlan qəsəbəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 29 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat, 2 ədəd piyada əleyhinə mina, 296 ədəd tank əleyhinə mina, 21 ədəd tank əleyhinə minanın partladıcısı, 168 qram qara barıt, 903 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 1 ədəd piyada əleyhinə mina (PMN) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti
0