QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan - Türkiyəlilərin Şuşa təbrikləri davam edir

© AFP 2023 / BIROL BEBEKФлаг Турции, фото из архива
Флаг Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırım, Fuad Oktay, Mustafa Şentop, İbrahim Kalın və digərləri Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik ediblər.

BAKI, 8 noyabr - Sputnik. “28 il sonra Şuşa erməni işğalından xilas oldu. Şükürlər olsun”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım Twitter hesabında yazıb.

Yıldırım paylaşımında qeyd edib: “Eşq olsun, Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır”.

Минарет мечети, пострадавшей в ходе войны, в городе Шуши  - Sputnik Azərbaycan
QARABAĞ
Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

“Şuşa erməni işğalından xilas oldu. Zəfərin, qəzan mübarək olsun, əziz qardaşım”.

Bunu Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Twitter hesabında yazıb.

“Şuşa Azərbaycandır. Mübarək olsun”. Bu sözləri isə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Twitter hesabında yazıb.

TBMM sədri Prezident İlham Əliyevin “28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək” sözlərini paylaşımına əlavə edib.

“Yeni zəfərləriniz mübarək olsun, Şuşanın qurtuluşu xeyirli, uğurlu olsun!”

Bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Twıtter səhifəsindən paylaşıb.

Prezident İlham Əliyev xalqa müraciəti zamanı - Sputnik Azərbaycan
QARABAĞ
Müstəqillik tariximizin ən möhtəşəm xəbəri - Şuşa azad edildi!

"Şuşa Ermənistan işğalından qurtuldu". Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın öz Twitter səhifəsində paylaşıb.

"Mübarək olsun! Uğurlu olsun", - deyə Kalın arzularını ifadə edib.

“Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad edilməsi mübarək olsun”.

Bu sözlər isə Türkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi Twitter hesabındakı payaşımında qeyd edilib.

Paylaşımda bütün Azərbaycan xalqı təbrik edilib: “Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”

Xəbər lenti
0