İlham Əliyev və Hikmət  Mirzəyev, arxiv şəkli

Prezident general-leytenant Hikmət Mirzəyevi təbrik edib

132
(Yenilənib 14:52 08.11.2020)
Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə general-leytenant Hikmət Mirzəyevi təbrik edib

BAKI, 8 noyabr - Sputnik. Ali Baş Komandan Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevə zəng edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev bu barədə “Twitter” hesabında bildirib

Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib.

O, Ali Baş Komandanın əmrlərinin yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

132
Teqlər:
Şuşanın azad olunması
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Türkiyənin Vitse-prezidenti Fuad Oktay, arxiv şəkli

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər

13
(Yenilənib 12:54 28.11.2020)
Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər.

BAKI, 28 noyabr — Sputnik. Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir:

"Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq".

F. Oktay qeyd edib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər: "Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq".

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qanun layihəsi qəbul edilib. Qanun layihəsinə görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

13
Teqlər:
Aralıq dənizi, Liviya, Şimali Kipr Türk Respublikası, Kipr problemi, Kipr, Dağlıq Qarabağ, Qarabağ, Azərbaycan, Türkiyə, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay
Diplomatik korpusun nümayəndələri Tərtərdə

Diplomatik korpusun nümayəndələri Tərtərdədir - onlara dağıntılar mərmilər göstərilib

23
(Yenilənib 12:29 28.11.2020)
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini hərbi əməliyyatların gedişi zamanı baş verənlər barədə ətraflı məlumatlandırıb.

BAKI, 28 noyabr — Sputnik. Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

Sputnik Azərbaycan xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini hərbi əməliyyatların gedişi zamanı baş verənlər barədə ətraflı məlumatlandırıb.

© Photo : AZƏRTAC
Diplomatik korpusun nümayəndələri Tərtərdə

O bildirib ki, sentyabrın 27-dən atəşkəs sazişinin imzalandığı noyabrın 10-na qədər Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş “Smerç” raketi atılıb.

İcra başçısının sözlərinə görə, həmin hadisələr zamanı 17 dinc sakin dünyasını dəyişib, 63 dinc sakin isə yaralanıb:

"Rayon ərazisində olan 102 ictimai yaşayış binasında 83-ü zərər görüb, 2-si isə tamamilə dağılıb. Ümumilikdə 4 004 ailəyə ziyan dəyib. Həmin ailələrdən isə 271-nin evi tamamilə dağılıb. Hətta bir evə ardıcıl olaraq 7 mərmi düşüb".

Mərmilərin bir qismi və dağıntılar diplomatlara nümayiş etdirilib.

Səfərdə diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

23
Teqlər:
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyev, diplomatik korpus, raket mərmisi, mərmi, "Smerç" zenit-raket kompleksi, Tərtər rayonu, Tərtər şəhəri, Tərtər

Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

0
Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan ordusunun istifadə etdiyi ağır texnikanın təmiri ilə məşğul olan "Turan" şirkətinin direktoru Səfər Səfərli erməni işğalından azad olunmuş Hadrut qəsəbəsindən tapılmış və üzərində İsa Məsihin təsviri olan ikonanı Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verib.

Səfərli bildirib ki, ikona Hadrutda aparılan təmir işləri vaxtı aşkar olunub. Dini atribut tamamilə təsadüfən palçığın içindən tapılıb. İkona təmizlənrək Bakıya gətirilib ki, kilsəyə təhvil verilsin.

"Azərbaycanda həm islam, həm də xristian dininin müqəddəs atributlarına eyni dərəcədə hörmətlə yanaşılır", - deyə Səfərli qeyd edib.

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq.

Kilsə əməkdaşlarının sözlərinə görə, ikonanın təxminən 150 yaşı var. Onun üzərinə xüsusi texnika ilə əlində kitab tutmuş İsa Məsihin təsviri həkk olunub. Kitabın üzərindəki yazı qədim slavyan dilində yazılıb və orada bu sözlər öz əksini tapıb: "Ey ehtiyac və dərd sahibləri, mənə tərəf gəlin, sizi əbədi rahatlığa qovuşduracağam".

0
  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    "Turan" şirkətinin direktoru Səfər Səfərli Hadrutda tapılan ikona ilə.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atribut Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verilib.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı.