QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident: “Torpaqlarımızı əsgər və zabitlərimizin canı bahasına azad edirik”

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев, фото из архива
Президент Ильхам Алиев, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edib.

BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciət AzTV vasitəsilə yayımlanıb. Ali Baş Komandan müraciətini Şəhidlər Xiyabanından gerçəkləşdirib.

"Həm birinci, həm də ikinci Qarabağ savaşında həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm” - İlham Əliyev deyib.

Şuşanın işğaldan azad edildiyini elan edən Prezident şəhidlərin ailələrinə səbir diləyib: “Yaralı soydaşlarımıza şəfa diləyirəm. Biz əsgər və zabitlərimizin canı bahasına torpaqlarımızı azad edirik”.

Xəbər lenti
0