Füzuli rayonu, arxiv şəkli

Azad edilən ərazilərdəki sərvətlər - Füzuli rayonunda məhv edilən tariximiz

145
Oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu əks-hücum nəticəsində Füzuli şəhərini düşmən işğalından azad edib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Oxucularımızı işğaldan azad olunmuş ərazilərdəki mövcud olmuş və olan tarixi-mədəni abidələrimizlə tanış etməyə davaam edirik. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və 2020-ci il oktyabrın 25-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilən Füzuli rayonu da tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.

Bu barədə Sputnik Azərbaycan-a tarixçi alim Kamran İsmayılov məlumat verib.

O, qeyd edib ki, Füzuli rayonunda memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi (1682), Karvansara (1684), türbə (XVIII əsr), Qoçəhmədli kəndində məscid, Qarğabazar kəndində XVII Əsr karvansara, Qarğabazar kəndində XVII əsr məscid binası, Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi, Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsr məscid binası və əsr yaşayış binası, Horadiz kəndində məscid binası və imamzadə türbəsi (hər ikisi XIX əsr), Füzuli şəhərində XIX əsr məscid binası, Aşağı Aybasanlı kəndində XVIII əsr İbrahim türbəsi, Qacar kəndində XIX əsr məscid binası, Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası, Merdinli kəndində XVIII əsr məscid binası, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü), Aşağı Veysəlli kəndində XII əsr qəbiristanlığı, işğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr, Babı kəndində XIII əsr Şeyx Babı Yaqub türbəsi, Əhmədalılar kəndində XIII əsr Arxalı türbəsi, Böyük Bəhmənli kəndində XIX əsr məscid binası və s. göstərilə bilər.

Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Memarlıq abidələri sırasında 1681-ci ildə inşa ediilmiş rayonun Qarğabazar kəndinə yerləşən karvansara Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çeviriblər. Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırıb. Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbəlayı Səfixanın ilkin işlərindəndir.

1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşüb. Aşağı Veysəlli kəndində Mirəli türbəsi Elxanilər dövründə - XVI əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi güman olunur. Rayonun ərazisində orta əsrlərdə tikilmiş ziyarətgahlar, hamamlar digər memarlıq abidələri mövcuddur.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu əks-hücum nəticəsində Füzuli şəhərini düşmən işğalından azad edib.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində bu günədək Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Yuxarı Güzlək, Gorazıllı, Qaradağlı, Xatunbulaq, Saracıq, Qarakollu, Arış, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli, Dörd Çinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Mandılı azad edilib.

145
Teqlər:
Gorazıllı kəndi, Füzuli, erməni təxribatı, Qarabağ, Qarabağ müharibəsi, Füzulinin azad olunması
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

13
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

13
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa