BAKI, 7 noyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.“Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev " Twitter"də bildirib.
"Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq", Hikmət Hacıyev qeyd edib.
BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.
BAKI, 6 mart — Sputnik. Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Qeyd edək ki, Azərbaycan COVID-19-a yoluxmaya görə dünyada 55-dir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.