Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Tərtər rayonunun kəndləri yenidən atəşə tutulur

12
(Yenilənib 18:20 06.11.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər.

BAKI, 6 noyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq, Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutur.

Sputnik Aərbaycan bur barədə Müdafiə Nazirlyinə istinadən məlumat verir.

Ordumuz düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görür.

12
Teqlər:
Yaşayış məntəqələrinin atəşə tutulması, Yaşayış məntəqələri atəşə tutulur, Tərtərin atəşə tutulması
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1120)
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

75
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

75
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

43
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

43
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ