QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fransa və Kanada rəhbərləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

© AP Photo / Jean-Francois BadiasEmmanuel Makron və Castin Trüdo, arxiv şəkli
Emmanuel Makron və Castin Trüdo, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Trüdo və Makron telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün dialoq və diplomatiyanın vacibliyini qeyd edib.

BAKI, 6 noyabr — Sputnik. Kanadanın Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Sputnik Azərbaycan Kanada hökumətinin saytına istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.

Məlumatda qeyd olunur ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün dialoq və diplomatiyanın vacibliyini qeyd edib.

Trüdo ilə Makron telefon danışığı zamanı ikitərəfli əlaqələr, terrorizmlə mübarizə, COVID-19-la bağlı vəziyyət, eləcə də digər beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Xəbər lenti
0