QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dinc əhalimizə qarşı istifadə olunan qadağan edilmiş "yüz il əvvəlin" silahı

© Sputnik / Andrey Stenin / Mediabanka keçidФосфорные зажигательные снаряды, фото из архива
Фосфорные зажигательные снаряды, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
R.Məmmədli bildirib ki, fosforlu silahlar torpağa düşərsə, bir müddət zərərli və zəhərli ola bilər. Amma sonrakı prosesdə yağıntılar onu yuyub aparır. Fosforlu silahlar nüvə silahı kimi deyil.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik.  Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı 5 dəfə qadağan edilmiş fosforlu bombalardan istifadə edib. Fosforlu silahların istifadəsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. Belə ki, ilk dəfə bu barədə 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib.

1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol var.

Hərbi məsələr üzrə ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fosforlu bomba termini və belə silahlar I Dünya müharibəsi zamanı istifadə edilib: "Alman ordusu düşmənlərinə qarşı əməliyyatlarda bu bombalardan istifadə edib. Sonrakı dövrlərində isə kiçik lokal müharibələrdə də bu bombalardan istifadə olunub. Həmçinin II Dünya müharibəsində də istifadə olunub. Sonradan isə ABŞ-ın Koreyada, Vyetnamda apardığı hərbi əməliyyatlarda hər iki tərəf fosforlu bombalardan istifadə ediblər".

Ekspert vurğulayıb ki, bombaların döyüş başlığı, giliz hissəsi var. Əsas partlayıcı qurğu, partlayıcı hissə onun döyüş başlığı, yəni ön hissəsidir. Məhz bu fosforlu maddə istehsalçılar tərəfindən həmin ön hissədə olan döyüş başlığına inteqrasiya edilir və həmin mərmidə digər tərəfə atəş zərbəsi ilə atılır.

Onun sözlərinə görə, fosforlu bomba ağ fosfordan yaradılır və məhv etmə imkanı həddindən artıq çoxdur.

"Məsələn, 1 qram fosforlu bomba öldürücü gücə malikdir. Buna görə də, xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın istifadə etdiyi fosforlu bomba dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi terrordur. Bu bombalardan dinc əhaliyə qarşı istifadə etmək hərbi terrorun, hərbi cinayətin tərkib hissəsindən biridir", - deyə ekspert vurğulayıb ki, ümumiyyətlə Ermənistan dəfələrlə qanunsuz silahdan istifadə edib.

R.Məmmədli bildiirb ki, fosforlu silahlar torpağa düşərsə, bir müddət zərərli və zəhərli ola bilər. Amma sonrakı prosesdə yağıntılar onu yuyub aparır. Fosforlu silahlar nüvə silahı kimi deyil.

Бомбардировка снарядами с белым фосфором, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan fosfor silahları ilə Topxana meşəsini yandırıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanında hərbi rejimlə əlaqədar yaradılmış Operativ Qərargahın rəisi İdris İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 03.11.2020-ci il tarixində Tərtər rayonunun iki kəndi Səhləbad və Əskipara kəndləri yaxınlığında tərkibində 3,6 kq fosfor olan 2 ədəd D4 122mm-lik top mərmisi tapılıb.

Onun sözlərinə görə, partladıcı zədələndiyi üçün agentliyin əməkdaşları tərəfindən yerində zərərsizləşdirilib. O cümlədən, dünən də həmin ərazinin ətrafına baxış keçirilən zaman 1 ədəd də həmin mərmidən aşkar edilib.

"Mərmi Səhlabad kəndində həyətyanı əraziyə düşmüşdü. Və bu mərminin də zərərsizləşdirilməsi həyata keçirildi", - deyə İdris İsmayılov qeyd edib ki, bu, ümumiyyətlə 27 sentyabr tarixindən bu günə qədər 4-cü faktdır.

Belə ki, 8 oktyabr tarixində də Füzuli rayonunun Ağayatlı kəndi ərazisində eyni mərmi tapılıb və zərərsizləşdirilib.

Bundan əlavə, 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü.

Qərargah rəisinin sözlərinə görə, ümumiyyətlə son illərdə beşinci mərmidir ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə atılır.

"Bu mərmilərin tərkibində 3,6 kq ağ fosfor var. Bu da yandırıcı elementdir. 1980-ci il "Qadağan olunmuş sursatlara" dair Konvensiyanın 3-cü bəndinə uyğun olaraq fosforlu silahlar qadağan olunub. Belə silahların mülki əhaliyə, dinc əhaliyə qarşı istifadəsi xüsusi olaraq qadağan olunub. Lakin buna baxmayaraq belə mərmilər bir neçə dəfə atılıb", - deyə o əlavə edib.

İ.İsmayılov bildirib ki, ötən gün Goranboy rayonunun Meşəli kəndi ərazisində qadağan olunmuş mərmilər sinfinə daxil edilən bir ədəd 9E235 bombacıq aşkar olunub.

"Bərdə rayonuna oktyabrın 27-28-də belə bombacıqlar atılıb. Nəticədə 25 nəfər mülki şəxs vəfat edib. Həmin mülki şəxslərə atılan mərmilər də qadağan olunmuş sursatlardan idi. Dünən bir ədədi tapıldı və bu gün səhər saatlarında ikincisi də tapıldı," - deyə əlavə edən İ.İsmayılovun sözlərinə görə, mərmi tapılandan sonra ətrafında geniş, 500-1000 m radiusda yoxlama keçirilir. Ətraf təmiz olduğu halda, gün ərzində zərərsizləşdirmə olacaq.

Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Prezidentin köməkçisi: "Fosfor silahının istifadəsində Ermənistanın geniş təcrübəsi var"

Ekspert vurğulayıb ki, fosforlu bombaların partlayış anında 200-400 m radiusda yandırma qabiliyyəti var. Amma hal-hazırda atılanlar döyüş başlığında yaranmış nasazlıq səbəbindən partlamayıb: "Sadəcə olaraq, torpağa batmış vəziyyətdə aşkarlanıb. Rayon sakinləri həmin əraziyə bir neçə mərminin düşdüyü barədə 102 xidmətinə məlumat verib. Biz həmin əraziyə baxış keçirdik. Həmin ərazidə oyuqlar, mərmi izləri aşkarladıq. Bu istiqamətdə əmliyyatlarımızı davam etdirdik. İlk gün iki ədəd, növbəti gün isə bir ədəd tapıldı. Ümumilikdə 3 ədəd bomba tapdıq. Amma həmin əraziyə beş ədəd mərminin atıldığı bildirilirdi. Digərləri isə başqa tipli mərmilər olub və onlar partlamayıb".

Xatırladaq ki, ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir.

Bu silahdan ilk dəfə Almaniya Birinci Dünya müharibəsində istifadə edib. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Bu kimyəvi silah insan orqanizminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, təngnəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.

Xəbər lenti
0