Ermənistan özü muzdlularla bağlı saxta kampaniyasını alt-üst edib

40
(Yenilənib 18:57 04.11.2020)
Hikmət Hacıyev: "Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi".

BAKI, 4 noyabr - Sputnik. "Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan müdafiə nazirinin AR Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi. Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi. Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır:

"İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır". 

Hikmət Hacıyev əlavə edib ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayətinin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirdi. İrqi ayrı-seçkilik əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə törədilib.

"Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Dəyişən yalnız istifadə olunan vasitələrdir. Ermənistan silahlı qüvvələrinin doktrinasında və döyüş hazırlığında mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş məqsədlərdən biridir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanlar üçün ən böyük təhlükə Ermənistan və kriminal xunta rejimidir. Onlar tərəfindən mülki insanlara qarşı cinayətlərin törədilməsi və sonra buna görə Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir.

İşğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq-sayıq olmağa və hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırırıq.

Azərbaycanın nəzarətində olan əraziyə keçmək istəyən mülki insanlara beynəlxalq humanizm prinsipləri əsasında bütün lazımi yardım və dəstək göstəriləcəkdir", - deyə Prezidentin köməkçisi bildirib.

40
Teqlər:
Ermənistan baş naziri, Ermənistan hökuməti, Ermənistan ordusu, Ermənistan ordusu, Ermənistan, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev, Hikmət Hacıyev
Əlaqədar
Hikmət Hacıyev: Ermənilər fotodakı raketdə hörümçək torunu təmizləməyi də unudublar
Hikmət Hacıyev: Cinayətlər Ermənistanın rəhbərliyi tərəfindən həyata keçirilib
Hikmət Hacıyev: "Bu Azərbaycan üçün dözülməzdir!"
Hikmət Hacıyev: Ermənistan yeni müharibə cinayətləri üçün zəmin hazırlayır
Obyektiv xarici jurnalistlər ermənilər tərəfindən hədələnir - Hikmət Hacıyev
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

77
(Yenilənib 22:09 03.03.2021)
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

77
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam
Şəmsəddin Təhməzovun şəkli

Komandirini toyuna çağırmaq istəməyən əsgərin yarımçıq qalan hekayəsi - FOTO

3223
(Yenilənib 19:22 03.03.2021)
Komandiri Şəmsəddindən müharibədən qayıtdıqdan sonra özünə toy etsə, onu da dəvət etməsini istəyib. Şəmsəddin isə gülərək: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam”, - deyib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. 44 günlük Vətən müharibəsində iştirak edən iki qardaş. Biri MAXE kimi hazırda xidmətini davam etdirsə də, digəri şəhadətə ucalıb. Söhbət Masallı rayonunun Güllütəpə kəndində yaşayan Təhməzovlar ailəsindən gedir. Şəhid atası Sərvər Təhməzov Sputnik Azərbaycan-a onların bir müddət işləmək üçün Beyləqan rayonunda yaşadıqlarını və hər iki oğlunun ailəni dolandırmaqda ona kömək etdiklərini dedi.

İkinci övladı və şəhid olan Şəmsəddinin 2019-cu il aprelin 1-dən hərbi xidmətdə olduğunu bildirdi: “N saylı hərbi hissənin tərkibində bir neçə döyüş bölgəsində xidmətdə olub. Daha sonra Tərtərdə xidmət aparırdı. Vətən müharibəsi başlayanda isə Suqovuşanın azad olunmasında iştirak edib və Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Övlad kimi çox yaxşı idi, bütün qohum-əqraba arasında hörməti var idi. Biz ailəlikcə bir müddət Beyləqanda yaşamışıq. Arzuları var idi, həmişə deyərdi ki, əsgərlikdən qayıdandan sonra dükan açacaq və özünə avtomobil alacaq. Sonuncu dəfə ötən il oktyabrın 4-də telefonla əlaqə saxlayıb danışdı. Dedi, “narahat olmayın, yaxşıyam, inşallah, tərxis olunub qayıdacağam”. Amma anası ilə sonuncu dəfə danışanda “ana, müharibədir, şayət, şəhid olsam, ağlamayın!” demişdi. Heç bir şeydən çəkinmədən döyüşlərdə daim irəli atılıb. Komandiri Şəmsəddindən müharibədən qayıtdıqdan sonra özünə toy etsə, onu da dəvət etməsini istəyib. Şəmsəddin isə gülərək: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam”, - deyib. Bu gün Şəmsəddinin 20 yaşı tamam olur. Qohum-əqrəba da onun ad gününə yığılıb, amma özü yoxdur. Mən oğlumla fəxr edirəm, Vətən uğrunda, torpaq uğrunda canını fəda etdi. Mən belə övladım olması ilə fəxr edirəm. Bu torpaq, bu Vətən bizimdir. Torpaqlar azad olunmalı idi və Allaha şükür ki, azad da olundu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bir şəhid atası olaraq onların valideynlərinə səbr diləyirəm. Başlarını həmişə dik tutsunlar”.

© Sputnik / Rahim Murad
Şəmsəddin Təhməzov

Şəhid Şəmsəddinin qardaşı Şəhriyar Təhməzov hazırda MAXE kimi PDM-də tuşlayıcı vəzifəsində xidmət aparır. Şəhriyar 27 sentyabr sübh vaxtından döyüşlərə girdiyini deyir: “Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə mən yaralandım və müalicə olunmaq üçün hospitala göndərildim. Baş və ayaqlarımdan 5 qəlpə yarası almışdım. Şəmsəddin oktyabrın 4-də mənimlə danışmışdı. Mənə narahat olmamağımı və yaxşı olduğunu dedi. Mən də “sən çox bir yerdə duran deyilsən, ehtiyatlı ol” dedim. Çünki bilirdim ki, önə atılacaq. Hospitalda oktyabrın 5-də yenidən döyüşlərə qayıtmaq üçün könüllü ərizə yazdım, amma qəbul olunmadı. Oktyabrın 6-da isə yenidən ərizə yazdım, bu dəfə isə hospital komandanlığına özüm təqdim elədim. Həmin gün ərizəmi qəbul elədilər və axşam 17 radələrində hospitaldan çıxdım. Oradan gəldim Beyləqana, gec olduğu üçün həmin gün döyüşlərə gedə bilmədim. Dedilər, sabah tezdən döyüşlərə maşınlar gedəcək və mən də qoşula biləcəyəm. Beyləqanda evimizə getdim, gördüm, bizimkilər Masallıya getməyə hazırlaşırlar.

Mənə əmimin avtomobil qəzası keçirdiyini dedilər. Mən imtina elədim və yenidən döyüşlərə gedəcəyimi dedim. Sinif yoldaşımın atası mənə dedi ki, gedib baş çəkib qayıdım. Bizi Masallıya aparacaq taksi sübhdən yenidən Beyləqana qayıdacaq, mən də onunla gələ bilərəm. Yol boyu düşündüm ki, bu, əmimin qəza keçirməsi olmaz. Çünki belə olsaydı, məni Masallıya gəlməyə məcbur etməzdilər. Artıq gəlib həyətə girəndə əmimi görüb qardaşımın şəhid olduğunu anladım.

Bizim uşaqlığımız çox çətin keçib. Uşaq vaxtlarımızdan fermalarda işləyib atamıza kömək eləmişik. Çox kasıbçılıqla böyümüşük. Bəzən mən, ya da Şəmsəddin bir şokoladımız olanda belə iki yerə bölüb yeyərdik. Bir-birimizdən ayrı yeməzdik. Hər kəs ailədə bir nəfəri çox istəyir, mən ən çox qardaşımı çox istəyirdim, valideynlərimizdən də çox onu istəyirdim. Çünki uşaqlıqdan mənim dostum da, sirdaşım da qardaşım olub. Şəmsəddini dəfn edəndə sanki bütün ümidlərim onunla bir yerdə dəfn olundu”.

  • Şəmsəddin Təhməzovun şəkli
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun ailəsi
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun şəkilləri
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun şəkilləri
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun xatirəsinə bişirilən tort
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun məzarı
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
Şəmsəddin Təhməzovun şəkli

Şəhriyar Təhməzov “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalına layiq görülüb.

Şəhidimizin anası Sehranə Təhməzova Şəmsəddinin ötən il öz ad günündə zəng edib ailə üzvləri ilə danışdığını dedi: “Xidmətdə olduğu vaxt videozəng elədi, “ana, görürsənmi, səngərdəyəm” dedi. Mən isə “eybi yox, Allah qoysa, gələn il öz evimizdə ad gününü keçirərik, darıxma” dedim. Mənim övladıma qismət olmadı. Şəmsəddin igid, mərd və qorxmaz uşaq idi. Çox istiqanlı idi, yad, doğma bilmədən hər kəsə mehribanlıq edərdi. Mənim ondan başqa daha iki övladım var, amma Şəmsəddinin yeri başqadır.

Bu gün onun 20 yaşı tamam olur. Müharibə başlayan gün mən narahat olmayım deyə yalandan mənə ayaqlarına görə hospitala getdiyini dedi. Əsgərliyə gedəndə də öz qurbanlığının kəsilməsini istədi. Mən ona xidmətdən gələndən sonra kəsdirəcəyimizi dedim. “Ana, mənim qurbanlığımı indi kəsdır”, - dedi. Sən demə, şəhid olacağını bilirmiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin!”

Məlumat üçün bildirək ki, bu gün 20 yaşı tamam olan Şəmsəddin Təhməzov Tərtərin Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ürək nahiyəsindən aldığı qəlpə yarasından şəhadətə ucalıb. Şəmsəddin ölümündən sonra Ali Baş Komandanın 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

3223
Teqlər:
əsgər, xatirə, Qarabağ, müharibə, şəhid ailəsi, şəhid
Mövzu:
Müharibə adamları
ABŞ Dövlət Departamenti, arxiv şəkli

ABŞ Rusiyaya qarşı şərt irəli sürdü

0
(Yenilənib 14:51 04.03.2021)
Biz Rusiyanı beynəlxalq nəzarət altında elan edilməmiş kimyəvi silah proqramını bəyan etməyə və onu məhv etməyə çağırırıq.

BAKI, 4 mart — Sputnik. Birləşmiş Ştatların Dövlət Departamenti Aleksey Navalnıya görə yeni sanksiyaların tətbiq olunmaması üçün kimyəvi silahdan imtina etməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan "RBK"-ya istinadən xəbər verir.

"Biz Rusiyanı beynəlxalq nəzarət altında elan edilməmiş kimyəvi silah proqramını bəyan etməyə və onu məhv etməyə çağırırıq", - deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Qurumdan bildirilib ki, ABŞ-da 1991-ci ildən qüvvədə olan kimyəvi və bioloji silahlara nəzarət üzrə qanuna görə Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya yeni sanksiyalar tətbiq oluna bilər.

0