QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Separatçıların "administrasiyası" Ermənistana "köçürüldü"

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bir az əvvəl Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedən yolun bir hissəsinin mülki şəxslərin hərəkəti üçün bağlanıldığı məlumatı yayılıb

BAKI, 4 noyabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qurulan qondarma "rejim" Ermənistana qaçıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Araik Arutyunyanın "Facebook" hesabında paylaşılıb.

Orada qeyd olunub ki, Dağlıq Qarabağdakı qondarma "respublikanın" administrasiyası Ermənistanın paytaxtı Yerevana, Şenqavit rayonu, Qaragin Njde 23/31 küçəsinə köçürülüb.

 

Bildirilir ki, "administrasiya" fəaliyyətini" Ermənistan Respublikasında "davam etdirəcək".

Separatçılar qeyd edib ki, Azərbaycanla olan hərbi vəziyyətlə əlaqədar Qarabağdan Ermənistana köçən erməni icmasının bütün sosial və inzibati qayğıları (sosial ödənişlərin alınması, sənədlərin tərtibatı və digər xidmətlər), həmçinin yaşayış problemləri ilə bağlı məsələlərlə Yerevandakı qərargah məşğul olacaq. Bu işlərə separatçıların sosial sistem və mənzil tikintisi naziri Mixail Virabyan başçılıq edəcək. 

Paylaşımda yeni qərargahın şəkilləri olsa da, Araik Arutyunyanın özü şəkillərdə yoxdur.

Qeyd edək ki, bir az əvvəl Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedən yolun bir hissəsinin mülki şəxslərin hərəkəti üçün bağlanıldığı məlumatı yayılıb. Bu barədə Sputnik Ermənistan qondarma rejimin "müdafiə nazirliyi"nə istinadla məlumat verib.

Onlar iddia edirlər ki, "yolun Şuşa-Laçın sahəsinə Azərbaycan Ordusunun hərbçilərinin daxil olma ehtimalı nəzərə alınaraq Şuşa-Laçın yolunun bir hissəsi mülki vətəndaşların hərəkəti üçün müvəqqəti bağlıdır".

Onlar erməniləri sakitləşdirmək məqsədilə guya həmin ərazidə Azərbaycan Ordusunun təxribat qruplarının axtarışı və məhv edilməsi əməliyyatları apardıqlarını iddia ediblər.

Xəbər lenti
0