Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağla bağlı yeni bəyanat verdi

174
(Yenilənib 18:12 04.11.2020)
Vladimir Putin qeyd edib ki, Rusiya Cənubi Qafqazda münaqişənin tezliklə başa çatması üçün mümkün olan hər şeyi edir.

BAKI, 4 noyabr — Sputnik. Rusiya Federasiyası Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycanla əlaqədədir. Rəsmi Moskva ümid edir ki, bütün tərəfləri qane edəcək nəticələrə nail olmaq mümkün olacaq.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, qeyd edib ki, Rusiya Cənubi Qafqazda münaqişənin tezliklə başa çatması üçün mümkün olan hər şeyi edir:

"Bilirsiniz, üz-üzə dayanan, təəssüf ki, hələ də bir-birinin üzünə avtomatların nişangahından baxan, bir-birinə qarşı, bizim fikrimizcə, sülh danışıqları yolu ilə həll olunması mümkün ola bilən məqsədlərə çatmaq üçün silahdan istifadə edən insanların həyatını qorumaq naminə Rusiya əlindən gələni edir". 

Rusiya prezidenti əlavə edib ki, Qarabağdakı vəziyyət silaha əl atmadan dinc yolla həll etmək mümkün idi.

174
Teqlər:
Cənubi Qafqaz, Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Rusiya Federasiyası prezidenti, Rusiya Federasiyası
Əlaqədar
Putin Qarabağ münaqişəsinin bu yerə gəlməsində SSRİ rəhbərliyini günahlandırıb
Putin Təhlükəsizlik Şurasını topladı – Qarabağ müzakirə edildi
Putin Azərbaycanın əzəli torpaqlarına olan hüquqları barədə
İlham Əliyevlə Vladimir Putin Qarabağ məsələsini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

4
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

4