Yaraqlılar, arxiv şəkli

Fransadan Qarabağa gələn ekstremistlərin liderinə Baş Prokurorluq cinayət işi açdı

42
(Yenilənib 15:05 04.11.2020)
Cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

BAKI, 4 noyabr — Sputnik. Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki,  həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanın aidiyyəti dövlət qurumlarının təşkilatçılığı və dəstəyi ilə Ermənistana gələrək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan digər şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

Eyni zamanda, xəbər verildiyi kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin müxtəlif ölkələrin vətəndaşları olan erməni əsilli və digər şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, işğal olunmuş ərazilərimizdə terrorçuluq əməllərini törətmələrinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə Vladimir Vartanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

42
Əlaqədar
Ermənistan hərbi əməliyyatlar zamanı uşaqlara qarşı ağlasığmaz cinayətlərə əl atıb
Azərbaycan Avstriyaya qarşı terroru pislədi
PKK terrorçularının Ermənistan ordusunda döyüşməsini Reuters təsdiqlədi - Hacıyev
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Prezidentin köməkçisi ermənilərin saxta videolarını ifşa etdi
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağda Bakı Yerevana sərf edən nizamlanma barədə

20
"Bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır"

BAKI, 24 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Qarabağda Bakı və Yerevanın maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradılır. 

"Həmçinin Rusiyanın humanitar reaksiya mərkəzi öz işinə başlayır. Mərkəz dağıntılara məruz qalmış rayonların yardımla, infrastrukturun bərpası, normal dinc həyat üçün şəraitin yaradılması ilə məşğul olacaq. Bu səylərdə müvafiq beynəlxalq təşkilatların əhəmiyyətli iştirakına ümid edirik. Düşünürük ki, bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır", - RF lideri bildirib.

20

Oğlumu itirsəm də, Azərbaycan bir qəhrəman qazandı şəhid anası

16
Azərbaycanlı şəhid atasının oğlunu cəbhəyə yollayarkən dediyi sözlər çin olub. Müharibə qəhrəmanlarından birinin tarixçəsini videomuzda izləyin.

Fikrət Həsənov həmişə oğlu Əzimə deyərdi ki, o, mütləq Ağdamı azad edəcək. Əzim isə böyüdü, Dillər Universitetini bitirdi, hərbi xidmətə yollandı, amma atasının sözlərini heç vaxt unutmadı. Atasına verdiyi sözü isə düz bir il sonra tutdu. Müharibə başlayan ilk gündən Əzim könülü olaraq paytaxtdakı hərbi hissədən işğal altında olan torpaqlarımızı azad etməyə yollandı.

Qəhrəmanın atası bizə danışıb ki, oğlu bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etməyə müvəffəq olub. Ən son dəfə anası ilə telefonda danışan zaman isə Azərbaycanın qələbə çaldığı, ordunun irəlilədiyi xəbərini verib ona.

Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - video>>

Əzimin anası Şəhla Həsənova isə deyib ki, o, öz oğlunu itirsə də, Azərbaycan daha bir qəhrəman qazanıb.

16
Əlində plastik torba olan kişi, arxiv şəkli

"Can rahatlığı"na əlvida: torba olacaq, çəngəl-qaşıq

0
(Yenilənib 16:35 24.11.2020)
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda gələn ildən polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır.

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən,  birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Təklif olunan dəyişikliklər "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

0
Teqlər:
qadağa, polietilen torbalar, plastik qablar, plastik, qərar, Milli Məclis, Azərbaycan